Icma.az
close
up
RU
Bu qələbə Portuqaliya futbol ictimaiyyətinə bir mesaj oldu Əsədov Qarabağ ın qələbəsini şərh etdi

Bu qələbə Portuqaliya futbol ictimaiyyətinə bir mesaj oldu Əsədov Qarabağ ın qələbəsini şərh etdi

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" üzərində əzmkar qələbə (3:2) qazanan "Qarabağ" turnirə möhtəşəm start verdi. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov ilə əlaqə saxlayıb dünən Portuqaliyada baş tutan oyun haqda fikirlərini bölüşməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" ötən gecəki qələbəsi ilə Azərbaycan xalqına sevinc bəxş etdi. Klub rəhbərliyinə, futbolçulara, Qurban müəllim başda olmaqla məşqçilər korpusuna təbriklərimi çatdırıram. Möhtəşəm qələbə idi. Təbii ki, bu qalibiyyət asan başa gəlmədi. Oyunun "içinə girsək", startda böyük təzyiqlə üzləşdik. Həm rəqib komandanın, həm də tribunaların, azarkeşlərin basqısı var idi. 16-cı dəqiqəyə kimi buraxılan 2 qol da bunun nəticəsi idi. Ancaq komandamız özündə güc tapa, xarakterini ortaya qoya bildi. Tədricən oyununu ortaya qoyan "Qarabağ"ın fasiləyə qədər fərqi azaltması dönüş nöqtəsi, hətta deyərdim "qırılma anı" oldu. Özünə inam qazanan futbolçular bu rəqibi cəzalandırmağın mümkünlüyünü, boşluqlarını hiss etdilər. Buraxdığı qoldan sonra "Benfika" da təşvişə düşdü ki, "Qarabağ" onlardan xal ala bilər. İkinci hissənin əvvəlində bərabərlik qolunun vurulmasından sonra portuqaliyalılar şoka düşdülər. Bundan sonra yerli azarkeşlər öz komandalarına təzyiq göstərirdi. Hər şey "Qarabağ"ın lehinə işləməyə başladı. Ümumiyyətlə, ikinci hissədə meydanda daha rahat, diqtə edən "Qarabağ" var idi. Gözlənilirdi ki, sona doğru rəqib irəli atılacaq və əks-hücum şanslarımız yaranacaq. Qurban müəllimin sürətli Addai ilə Kaşuku oyuna qoşması da bu plana hazırlığın tərkib hissəsi idi. Belə həmlələrdən birində, 86-cı dəqiqədə Kaşuk qələbə qolunu vurdu.
Bu qələbə Portuqaliya futbol ictimaiyyətinə də bir mesaj oldu. "Qarabağ" "Benfika"nı yenməklə bir daha göstərdi ki, iki il əvvəl "Braqa" üzərində qalibiyyət təsadüfi deyildi. Həm də "Qarabağ" sübut etdi ki, Avropanın istənilən nəhəngindən xal alacaq, yenəcək  gücdə böyük klub, böyük komanda olub. Təmsilçimizə növbəti oyunlarda da qələbələr arzu edirəm".

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri