Portuqaliya klubu “Qarabağ”ın legioneri ilə maraqlanır
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Kamilo Duran karyerasını növbəti dəfə Portuqaliyada davam etdirə bilər.
İdmanBiz Sport24.az-a istinadən xəbər verir ki, bu ölkənin yüksək dəstəsində çıxış edən “Estrela” sabiq vingeri ilə maraqlanır.
Klub 23 yaşlı kolumbiyalı oyunçunu yaxından izləyir və qarşıdakı transfer dönəmlərindən birində oyunçunun mümkün keçidi ilə bağlı Azərbaycan çempionu ilə əlaqə saxlamaq niyyətindədir.
Qeyd edək ki, Kamilo Duran 2023-cü ildə “Estrela”nın U-23 komandasında çıxış edib. O, avqustda “Qarabağ”la üçillik müqavilə imzalayıb.

Qarabağ Portuqaliya klubunun hücumçusu ilə maraqlanır
15 Mart 2025 14:00
Portuqaliya klubu da “Qarabağ”ın təklifini QƏBUL ETMƏDİ
03 Sentyabr 2025 13:37
Qarabağ ın Portuqaliya klubları ilə BEŞİNCİ SINAĞI
04 Sentyabr 2025 20:15
Portuqaliya çempionatı: “Qarabağ”ın rəqibindən çətin qələbə
27 Sentyabr 2025 02:05
Emin Mahmudovdan Qarabağ ın Portuqaliya zəfərinə reaksiya (VİDEO)
18 Sentyabr 2025 23:05

