Icma.az
close
up
RU
Bu qərar Qarabağda turizmə təkan verəcək Deputat

Bu qərar Qarabağda turizmə təkan verəcək Deputat

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə vətəndaşların səfərlərinin təşkili məqsədilə mühüm yeniliklər tətbiq olunub. Müvafiq dəyişikliklər regionun turizm potensialının tam şəkildə həyata keçirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Belə ki, “Yolumuz Qarabağa” portalı vasitəsilə işğaldan azad olunmuş torpaqlara səfər etmək müddəti 2 gündən 5 günədək uzadılıb.

Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Modern.az-a açıqlamasında bildirib ki, fərdi avtomobilləri ilə səfər edən vətəndaşlar da bu imkandan istifadə edə biləcəklər:

“5 günlük səfər müddəti vətəndaşlara yalnız bir istiqamət üzrə deyil, bütün bölgəni ziyarət etmək imkanı verir. Bununla yanaşı, Azərbaycanda Bakıdan Füzuli istiqamətinə birbaşa uçuşlar həyata keçirilir ki, bu uçuşlardan da yararlanmaq mümkündür”. 

Deputat həmçinin vurğulayıb ki, regionda yeni otellərin açılması, infrastrukturun qurulması və turizmin inkişafı üçün böyük işlər görülür: 

“Bölgədə sürətli şəkildə geniş yollar salınır, logistika imkanları tam təmin olunur. Bu baxımdan Qarabağın həm qış, həm də yay turizmi üçün böyük potensialı var və bu sahəyə ciddi diqqət yetirilir. Vətəndaşlar rahatlıqla bu bölgəyə səfərlər edə, regionun təbii və tarixi zənginliklərindən daha uzun müddətə faydalana bilərlər”.

Deputat onu da əlavə edib ki, bu yay səfər edənlərin sayında da artım gözlənilir:

“Azərbaycanda turizm prioritet sahələrdən biridir və dövlət başçısının diqqəti sayəsində ölkəmiz dünya miqyasında maraqlı turizm istiqamətlərindən birinə çevrilib”,- deyə G.Qəhrəmanov qeyd edib.

Aytac Bəhruzqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyul 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri