Bu, Qərbin hərbi texnologiyasının Azərbaycana gətirilməsi deməkdir Sahib Alıyev
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumu, iki dövlət arasında, iki qardaş dövlət arasında indiyədək olan bu qəbildən möhtəşəm bir anlaşmadır. Nəinki digər türk dövlətlərini gələcəkdə bu qəbildən əməkdaşlığa sövq edəcək, eyni zamanda, mən bu fikirdəyəm ki, bu anlaşma bütövlükdə hər iki dövlətin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı regionun özünün subyektivliyinin güclənməsinə xidmət edəcək".
Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisdə müzakirələr zamanı dedi.
"İlham Əliyev Slovakiyada rəsmi səfərdə olarkən bir ifadə işlətdi - azadlıq müharibəsi. Bu anlaşma bir daha onu göstərir ki, bu azadlıq müharibəsi də eynilə Qarabağ münaqişəsi kimi Azərbaycan üçün artıq bitib və onun nəticələrini dəyişmək haqda düşünənlər, sırf imperiya mərəzindən çıxış edənlər üçün heç bir şans yeri buraxılmır.
Burada Slovakiyadan söz düşmüşkən, bir məsələyə də toxunmaq istəyirəm ki, orada iki ölkə arasında yenə eyni sektorda, yəni hərbi sahədə əməkdaşlıqla bağlı bir məsələ də vurğulandı ki, bu, Qərbin hərbi texnologiyasının Azərbaycana və regiona gətirilməsi deməkdir.
Azərbaycan bu azadlıq müharibəsində sadəcə özünün suverenliyini təmin etməyib. Azərbaycan bu azadlıq müharibəsində bizə necə yanaşmalarından asılı olmayaraq, uzun zaman hətta düşmənçilik siyasəti yeritmələrinə baxmayaraq, arada xudbinliyə, avantürist təfəkkürə yol vermələrinə baxmayaraq, bütün region ölkələri üçün müstəqil siyasət yeritməyə, suveren siyasət yeritməyə yol açır", - deyə o, əlavə etdi.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Dekabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















