Icma.az
close
up
RU
Bu qəzaya avtobus zolağı səbəb olub? Xanım sərnişin AYNA ya SƏSLƏNDİ VİDEO

Bu qəzaya avtobus zolağı səbəb olub? Xanım sərnişin AYNA ya SƏSLƏNDİ VİDEO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Aprelin 30-da Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ictimai nəqliyyatın təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirib. Hadisə zamanı sərnişin avtobusu qəfil qarşısına çıxan minik avtomobilinə görə kəskin tormozlama edib və bu da qəzaya yol açıb. Eyni zamanda, avtobusdakı sərnişinlərdən bir neçəsi yıxılıb.

Avtosfer.az xəbər verir ki, hadisənin iştirakçısı və zərərçəkən QHT nümayəndəsi Gülnar Nəsiblinin iddiasına görə, görüntülər qəzanın səbəbinin digər sürücünün məsuliyyətsiz manevri olduğunu açıq şəkildə göstərir. O, qeyd edir ki, avtobusun sürücüsü qəzanın qarşısını almağa çalışaraq sərt tormoz verib, lakin toqquşma qaçılmaz olub. Üstəlik, minik avtomobilinin sürücüsü yolda təmizlik işləri gərən qadını vurmaqdan son anda xilas ola bilib.

Daşıyıcı şirkət “BakuBus” MMC hadisədən dərhal sonra zərərçəkənlə əlaqə saxlayıb, vəziyyəti ilə maraqlanıb və avtobus sürücülərinin təlimlərinin artırılacağını bildirib. Zərərçəkmiş xanım bunun üçün şirkətə təşəkkür etsə də, məsuliyyətin yalnız bununla bitmədiyini və Daxili İşlər Nazirliyindən məsuliyyətsiz sürücülərə qarşı sərt cəza gözlədiyini bildirib.

Gülnar Nəsibli, həmçinin, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciətində qeyd edib ki, bəzi yolların sağ və sol zolaqları yaşayış sahələrinə çıxış təmin edir və avtobus zolaqlarına girmədən həmin ərazilərə çatmaq çətinləşir. O, bu vəziyyətin hüquqi və praktiki həllini gözlədiyini bildirib. Onun fikrincə, nəqliyyat vasitələri sağa-sola dönən zaman yolayrıcına azı 20 metr qalmış avtobus zolağına daxil ola bilsə bu cür təhlükəli vəziyyət və qəzalar baş verməz.

“BakuBus” MMC-nin rəsmi cavabında isə vurğulanır ki, son aylarda avtobusların qarşısına qəfil çıxan avtomobillər səbəbindən qəzalarda artım müşahidə olunur. Şirkət ictimai nəqliyyat sürücülərinin üzərinə düşən məsuliyyəti qeyd edir və fərdi sürücüləri diqqətli olmağa çağırır. Eyni zamanda, bu kimi halların qarşısını almaq üçün müşahidə kameralarının görüntülərinin ictimailəşdiriləcəyini bəyan edib.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri