Icma.az
close
up
RU
Bu qidalar hamilə xanımlara olmaz

Bu qidalar hamilə xanımlara olmaz

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Hamiləlik zamanı sağlam, qidalandırıcı yeməklər qəbul etmək lazımdır. Lakin, hamiləlik zamanı qəbulu məsləhət olmayan bəzi qidalar da var. Baxmayaraq ki, onlardan bəziləri faydalı yeməklərdir, lakin sizin körpənizə problem yaratmaq ehtimalı da var. Bu səbəbdən qəbul etməməyiniz məsləhətdir.

Axşam.az 9 ay ayrı qalmalı olduğunuz qidaları təqdim edir:

Az bişmiş və ya çiy yumurta:
Az bişmiş və çiy yumurtada olan salmonella bakteriyaları bağırsaq infeksiyasına və ishala yol açır. Ona görə yumurtanın tam bişməsindən əmin olmalısınız. Gün ərzində 2 yumurtadan artıq qəbul etmək olmaz. Yumurtanın sarısı alergik reaksiya verə bilər.

Kifli və pasterizə edilməmiş pendirlər:
Bu növ pendirlərdə olan listeria adlı bakteriya erkən doğum və hamiləliyin pozulmasına səbəb olur. Kifli və pasterizə edilməmiş pendirlər təhlükəli yoluxucu xəstəliklərə səbəb ola bilər. Hamilə xanımlar pasterizə edilmiş süd məhsulları yeməlidirlər.

Qaraciyər:
Hamilə qadınlara yüksək miqdarda A vitamini qəbul etmək məsləhət deyil. Ona görə hamilələr qaraciyər yeməkdən çəkinməlidir.

Çiy və ya az bişmiş ət:
Çiy və az bişmiş ətdə toksoplazma olur. Bu, hamiləliyin pozulmasına və erkən doğuşa yol aça bilər.

Qızartma və çips:
Qızartma xörəklərdə və çipsidə olan akrilamid maddəsi sinir sisteminə zərər verir. Bu maddə eyni zamanda xərçəng xəstəliyinin də yaranmasına səbəb ola bilər.

Dəniz məhsulları:
Kürü, istridyə, krevetka, az bişmiş qabıqlı dəniz məhsullarının hamiləlikdə yeyilməsi qadağandır.

Həddən artıq şəkər qəbulu:
Hazır qidalarla yanaşı, tort və peçenyelər, mürəbbə, bal və marmelad kimi həddən artıq şəkər ehtiva edən şirniyyatlar hamilələr üçün zərərlidir. Balın çox miqdarda qəbulu uşaqda diatezin yaranmasına səbəb ola bilər.

Bitki çayları, qara çay, qəhvə, qazlı, spirtli içkilər:
Normalda içilən müxtəlif bitki çayları hamiləlikdə həkimlə məsləhətləşmədən qəbul etmək olmaz. Bitki çayları uşaqlıq ağzı əzələlərinin yığılmasına səbəb ola bilər. Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıraraq hamiləliyin pozulmasına, erkən doğuma səbəb olur. Qazlı içkilərdən çox istifadə isə qanda qlükozanın səviyyəsinin artmasına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur. Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşağın əqli inkişafından problemlər yarana bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 Mart 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri