Icma.az
close
up
RU
Bu qidalar sonsuzluq və xərçəng yaradacaq Şok proqnoz

Bu qidalar sonsuzluq və xərçəng yaradacaq Şok proqnoz

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qida müasir dünyada ən təhlükəli silaha çevrilib”.

Bunu Globalinfo.az-a Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, qlobal qüvvələr qida sektorunu bir əldə cəmləşdirmək, süniləşdirmək, idarə olunan vəziyyətə gətirməyə çalışdılar və buna nail oldular:

“Artıq təbii toxumlar məqsədli şəkildə sıradan çıxarılıb. Bundan başqa qida sənayesində 100 min növdən artıq müxtəlif kimyəvi inqrediyentlər yaradılıb. Belə qidalar konkret olaraq sonsuzluq yaradır. Toxum verməyən bir məhsul törədicilik funksiyasından məhrum olur. Bitkilərdə də, heyvanlarda da proses buna doğru gedir. Həmçinin tibbdə “gizli aclıq sindromu” termini yaranıb. Yəni insanlar nə qədər yesələr də, orqanizm doymur. Çünki lazım olan təbii maddələr yoxdur. Bu, həm də xərçəng, ürək-qan damar xəstəlikləri, mədə-bağırsaq pozuntularına gətirib çıxarır. İnsanlar artıq öz təsir rıçaqlarını itiriblər, dövlətlər hərəkətə keçməlidir”.

Elçin Bayramlı

Sosioloq bildirib ki, iribuynuzlu heyvanlarda, broyler toyuq fabriklərində, balıqçılıq sahəsində süni şəkildə hormonal qidalarla, kimyəvi maddələrlə məshul istehsal edirlər:

“Fəsadlar əsasən özünü ikinci nəsildə büruzə verir, yəni sonsuzluq halları çoxalacaq. Bunlar qlobal məqsədlər üçün həyata keçirilir. Söhbət pul qazanmaqdan getmir. Çünki onların pula ehtiyacı yoxdur, dünyanın sərvəti bu qüvvələrin əlindədir. Gedişat göstərir ki, yaxın 10-20 ildə insanlar qeyri-təbii, qeyri-bioloji varlıqlara çevriləcəklər. Paralel olaraq, uşaqların laboratoriyalarda yaradılması, yetişdirilməsi prosesi gedir”.

Ekspertin sözlərinə görə, bu məsələlər vaksinlərin tərkibinə yerləşdirilən maddələrlə də həyata keçirilir:

“Ona görə yalnız yerli təbii toxum fondlarını artıraraq, GMO (Genetik Modifikasiya olunmuş Orqanizm) istehsalını, idxalını, satışını tamamilə qadağan edərək bunun qarşısını almaq olar. Hormonal yemlər təkcə sonsuzluq deyil, həm də cinsi oriyentasiyada dəyişikliyə səbəb olur. Məsələn, belə hallar kişilərdə qadın, qadınlarda isə kişi hormonunu maksimum həddə yüksəldir. Təəssüf ki, Azərbaycanda bu barədə mübarizə yox səviyyəsindədir. Həm dövlət, həm də cəmiyyət diqqətli olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 07:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri