Icma.az
close
up
RU
Bu qiymətlər qarşıdakı aylarda da artacaq AÇIQLAMA

Bu qiymətlər qarşıdakı aylarda da artacaq AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Quru sərhədlərin bağlı olması əhalinin daha çox daxili turizmə üstünlük verməsinə səbəb olub. Əvvəllər insanlar xarici ölkələrə müxtəlif məqsədlərlə gedirdilərsə, indi əsasən bölgələrdə istirahət imkanları nəzərdən keçirilir. Bu da insanların bölgələrdə əmlak almasına təsir göstərir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. 

O bildirib ki, bu zaman xüsusən torpaqların qiyməti təsirə məruz qalır, həmçinin evlər də bahalaşır:
“Vətəndaş düşünür ki, hər dəfə həmin ərazidə xərcə düşməkdənsə, daimi bir evinin, torpağının olması daha məqsədəuyğundur. Bu, bölgələrdə daşınmaz əmlak qiymətlərinə təsir göstərən amillərdən biridir. 
Bundan əlavə, daşınmaz əmlak hazırda ən az riskli investisiya növüdür. Sadə vətəndaşlar və sahibkarlar az riskli olduğuna və daimi gəlir gətirmə imkanları olduğuna görə bu sahəyə investisiya edirlər. Əsas amil olaraq məhz bu səbəb çıxış edir. Milli valyutanın alıcılıq qabiliyyətinin dəyişməsi, iqtisadiyyatın böyüməsi, ölkənin investisiya cazibədarlığının artması da digər amillərdir”.
Ekspert daşınmaz əmlak bazarındakı qiymətlərdən danışarkən isə qeyd edib ki, hazırda bazarda qiymət artımı davam edir:
“Rəsmi rəqəmlərə görə, torpaq sahələri 13-14 faiz, bizim hesablamalarımıza görə, 17-18 faiz bahalaşıb. Bakıda elə yerlər var ki, mənzillər 20 faizdən yuxarı artıma məruz qalıb. 
Artım tendensiyası qarşıdakı aylarda da davam edəcək. Daşınmaz əmlak bütün iqtisadi münasibətlərin episentrində yer alır. Onu da qeyd edim ki, bu, təkcə bizim ölkədə deyil. Əksər ölkələrdə insanlar daha çox daşınmaz əmlaka yatırım edirlər. Çünki daşınmaz əmlakın dayanıqlılığı, iflas ehtimalının olmaması investisiya cazibədarlığını yüksəldir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri