Icma.az
close
up
RU
Bu qruplarda pul mübadiləsi etməyin, əks halda… KONKRET

Bu qruplarda pul mübadiləsi etməyin, əks halda… KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin valyuta mübadiləsi etməsi üçün yaradılan “Para transferi” votsap qrupunda bir neçə həmyerlimizə qarşı dələduzluq hadisəsi baş verib.

Faktla bağlı KONKRET.az-a müraciət edən iki tələbə bildirib ki, sözügedən qrup vasitəsilə onlardan birinin 290, digərinin isə 138 manatı mənimsənilib.

Zərərçəkmiş İslam Alməmmədov məsələyə belə aydınlıq gətirib:

“Hadisə martın 11-də axşam saatlarında baş verib. Məni aldadan şəxs pul transferi etdiyimiz qrupda yoxdur. Təəccüblüdür ki, qrupda olmaya-olmaya mənim mesajım ona necə çatıb? Çox güman ki, qrupdan biri göndərib. Mənə qarşı dələduzluq edən şəxsi ümumiyyətlə tanımıram. Sadəcə olaraq tələsik valyuta dəyişməli olduğum üçün həmin şəxsin qrup üzvləri arasında olub-olmadığını yoxlamadım. Pulu onun kartına göndərdim, o da 10 dəqiqə ərzində mənim kartıma pul köçürəcəyini dedi. Lakin həmin gün ondan xəbər çıxmadı. Bir gündən sonra həmin şəxsə başqa bir nömrədən mesaj yazdım. Aramızda kiçik mübahisə yarandı. Sonda mənə 290 manatı geri qaytaracağını dedi, lakin qaytarmadı”.

İslam Alməmmədovun dediyinə görə, bu hadisəyə qədər də qrupda bir neçə dələduzluq halı baş verib. Nəticədə bir neçə tələbə ayrı-ayrılıqda 1000-2000 manat civarında zərərə uğrayıb.

Müxbirimiz məsələ ilə bağlı “Para transferi” votsap qrupunun yaradıcısı, Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydınla da əlaqə saxlayaraq mövqeyini öyrənib:

Cavid Aydın bildirib ki, Türkiyədə bir çox valyutadəyişmə qrupları var. “Belə qruplar həm tələbələr, həm də adi vətəndaşlar arasında təşkil olunur. Çünki Türkiyə ilə Azərbaycan arasında dəstək məqsədilə ən asan şəkildə bu yolla pul transfer etmək mümkündür. Ancaq bəzən başqa qruplarda sıxıntılar yaşandığı üçün bizim “Gənclik qolları”ndan belə bir təklif gəldi ki, dərnəyin “Gənclər votsap qrupu”ndan əlavə “Para transferi” alt qrupu yaradaq. Açığı, mən ilk anda buna qarşı idim, çünki Eskişehir Azərbaycanlılar Dərnəyinin rəhbəri kimi adımın bu cür qruplarda hallanmasını istəmirdim”.

Dərnək rəhbərinin sözlərinə görə, qrupu yarandığı gündən tələbələr özləri idarə edib.

“Təklif etdim ki, dəqiq baza və məlumatlar toplansın. Qrup yaradıldıqdan sonra ora üzv olan bütün şəxslərdən telefon nömrələri, Eskişehirdə təhsil aldıqlarına dair sənədləri də ora əlavə olundu. Hamısı azərbaycanlı tələbələr idi. Qrup istifadəyə veriləndə məlumatlar bölməsində pul dəyişən zaman qarşı tərəfin şəxsiyyətinin dəqiqləşdirilməsinin vacibliyi də qeyd olunmuşdu. Qrupdan kənar hər hansı bir nömrədən mesaj gəldiyi halda əlaqə yaradılmaması tövsiyə edilmişdi. Deməyim odur ki, tələbələrə əvvəlcədən bu və buna bənzər xəbərdarlıqlar olunub”, — deyə C.Aydın vurğulayıb.

Dərnək rəhbəri məlum dələduzluq faktını belə izah edib ki, “Qrup daxilində olan tələbələrdən kimsə pul dəyişmək istəyənin nömrəsini kənar şəxsə ötürür və izi itirmək üçün başqasının adı ilə bu şəkildə dələduzluq edir”.  Əlavə edib ki, ilkin mərhələdə qrupda mesajı ilk görən adam şübhə yarada bilər. Lakin bundan tam əmin olmaq çətin olduğu üçün hadisəni birbaşa həmin şəxslə əlaqələndirmək də düzgün olmaz. Çünki bəzən xüsusi proqram vasitəsilə qrupdan gizli istifadə etmək halları mümkün ola bilər”.

C.Aydın sonda onu da qeyd edib ki, “Ən böyük qəbahət pul dəyişmək istəyən şəxsin özündədir. Çünki tanımadığı və qrupla əlaqəsi olmayan bir nömrəyə vəsait göndərib. Tanınmadığı şəxslə valyuta mübadiləsi aparanda diqqətli olmalı idi. Mən həmin qrupda yoxam və bu kimi hallar baş verdiyi üçün “Gənclik qolları”na göstəriş verdim ki, qrup ləğv edilsin. Bu dəfə də azərbaycanlı tələbələr etiraz etdilər ki, zərərçəkənin səhvinə görə qrup bağlanmasın. Bildiyim qədər hazırda tələbələr müstəqil şəkildə yeni para transferi qrupu yaradıblar”.

Məsələni hüquqi cəhətdən şərh edən hüquqşünas Ramil Süleymanov isə bildirib ki, hadisə Türkiyə ərazisində baş verdiyi üçün zərərçəkənlər mütləq yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdırlar:

“Ərizədə pul köçürməsi, yazışmalar, bank rekvizitləri və digər sübutlar mümkün qədər detallı şəkildə təqdim olunmalıdır. Bu məlumatlar istintaqın başlanması və şübhəli şəxsin müəyyən edilməsi baxımından həlledici rol oynayır.

Eyni zamanda bu tip dələduzluq hallarında cinayət tərkibinin müəyyən olunması üçün vurulan zərərin məbləği və əməl forması hüquqi qiymətləndirmədə əsas meyarlardandır. Lakin məbləğdən asılı olmayaraq, vətəndaşın aldadılması və əmlakının mənimsənilməsi faktı araşdırma predmetidir və hüquq-mühafizə orqanları tərəfindən yoxlanılmalıdır.

Əgər vəsaitin göndərildiyi bank hesabı, kart nömrəsi və ya şübhəli şəxsin kimliyi ilə bağlı hər hansı məlumat mövcuddursa, bu, istintaqın daha sürətli aparılmasına imkan yaradır. Belə hallarda Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları arasında hüquqi əməkdaşlıq mexanizmləri də işə düşə bilər.

Ümumilikdə, vətəndaşlara tövsiyə olunur ki, sosial şəbəkələr və mesajlaşma platformaları üzərindən aparılan maliyyə əməliyyatlarında son dərəcə diqqətli olsunlar, qarşı tərəfin şəxsiyyətini dəqiqləşdirmədən və onun etibarlılığına əmin olmadan pul köçürməsi həyata keçirməsinlər. Əks halda, bu cür situasiyalarda hüquqi müdafiə prosesi mümkün olsa da, vəsaitin geri qaytarılması hər zaman asan olmur”.

Dəniz Pənahova

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri