Bu qurum Avropanın düşdüyü dərin böhranın bir güzgüsüdür SƏMƏD SEYİDOV
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Dünən Avropa Parlamentindən mənə zəng gəldi. Həmin şəxs mənə dedi ki, onlar başqa məqsədlə bu məsələni gündəmə gətirirlər".
SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, mənə sülh və əməkdaşlıqdan danışmaq istədiyini bildirdi: "Həmin zəng zamanı aydın oldu ki, onlar artıq əvvəlcədən hazırlanmış və qəbul olunacağı bəlli olan qətnaməni təqdim etmək niyyətindədirlər. Vaşinqtonda 8 avqustda keçirilmiş görüş və əldə olunmuş razılaşma da regionda sülh üçün mühüm dönüş nöqtəsi oldu, amma Avropa Parlamenti bu barədə susur, heç bir obyektiv münasibət bildirmir.
Onlar Cənubi Qafqazda illərlə gözlənilən sülh prosesinə töhfə verməlidirlər. Bizimlə dialoqa dəvət etməli, obyektiv yanaşmalı və konstruktiv əməkdaşlıq qurmalıdırlar. Lakin təəssüf ki, Avropa Parlamenti tamam başqa bir mövqedən çıxış edir. Bu qurum, əslində, Avropanın bu gün düşdüyü dərin böhranın bir güzgüsüdür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 19 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















