Icma.az
close
up
RU
Bu rayonda çörək qıtlığı yaşanır

Bu rayonda çörək qıtlığı yaşanır

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Xızı rayonunu Bakıdan təxminən 100 km məsafə ayırır. Rayona yaxınlaşdıqca qarşıda gözəl mənzərələr açılır: yolu hər iki tərəfdən qucaqlayan Candy Cane - rəngli dağ silsiləsi əsrarəngiz mənzərə yaradır. Mütəxəssislər iddia edirlər ki, oxşar geoloji hadisəni ABŞ-nin “Ölüm vadisi”ndə görmək olur. Yuxarı qalxdıqca dağların rəngi qırmızıdan narıncıya dəyişir. Ölkənin şimal marşrutu üzrə - Xızıya, Altıağaca istirahətə gedən insanlar mütləq dayanır, bu rəngli dağlara qalxıb foto çəkdirirlər. Yol kənarında sıralanan maşın karvanı insanların bu gözəlliyə biganə olmadığını göstərir. Təsadüfi deyil ki, Xızı və ətraf ərazisi dünyanın çox ölkələrini gəzmiş, o cümlədən Qafqazda olmuş məşhur türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində də yer alıb. Xızı həm də Azərbaycan xalqına Cəfər Cabbarlı və Mikayıl Müşfiq kimi görkəmli ədəbiyyat adamları bəxş edib.

Tarixi qədimliyə söykənən yer

Xızının ərazi inzibati vahidi 1990-cı illərdən formalaşsa da, tarixi çox qədimlərə - Sasanilər dövrünə söykənir. Ərazidə IV-V əsrlərə aid tarixi abidələrin olması da bunu təsdiq edir. Səfəvilər İmperiyasının yaradıcısı I İsmayılın atası Şeyx Heydərin məzarının ərazidə olması da elə bu qədim tarixdən xəbər verir. Bundan əlavə, Xızının kəndlərində V əsrə aid Xızı qalasının uçuq hasarının daşlı qalıqları, Şirvanşahlar dövründə tikilən pirlər var.

Xızı zəngin landşaftı ilə də fərqlənir. Burada meşələr, hündürlüyü 2000 metrə qədər olan dağlar, Xəzər dənizi sahili və yarımsəhra düzənliklər var. Xızı həm də dağlar və dəniz arasındakı dəhliz ornitoloji turizmlə maraqlananlar üçün mühüm dayanacaqlardandır. Meşələri ilə məşhur olan Altıağac da Xızının ən çox səfər olunan məkanlarındandır.

Novruz tətili günlərində Xızıda

Novruz tətili günlərində Xızıya bir günlük səyahətimiz də rayonun mədəni və tarixi məkanları, turizmi ilə yaxından tanışlıq və istirahət məqsədi daşıyırdı. Səfərimiz təkcə rayonun tarixiliyi və dağlarının əsrarəngiz rəngi ilə deyil, həmçinin bayram təəssüratlarımıza mane olan məqamlarla yaddaşımıza yazıldı... Təbii ki, biz də hamı kimi rəngli dağlarla fotosessiyanı qaçırmadıq. Daha sonra avtomobillə Xızının kəndlərinə doğru hərəkət etdikcə yollardakı qəribə sakitlik əhvalımıza təsirsiz ötüşmədi. Qəribə sakitlik var: 14 min əhalisi olan rayonun küçələrində adam gözə dəymir, sanki hərə öz hücrəsinə çəkilib. Uzaqdan 4-5 mərtəbəli villalar, hasarlanmış ərazilər və baharın təzə-tər yaşıllığına bürünən kənd evləri vadi kimi görünür...

Kənd turizminin problemləri

Yol boyunca xidmət və gigiyenik səviyyəsi aşağı olan, ağzı günə dayanan lokal kafeləri keçib gedirik.

Xızıda kənd turizmindən demək olar ki danışmağa dəyməz. Düzdür, ayrı-ayrı sakinlər evlərinin kirayəsi ilə bağlı məlumatları internetdə yerləşdiriblər. Günlük evlərin qiyməti 90-100 manat arasında dəyişir. Amma kənd qonaq evləri o qədər də yayğın deyil. İnsanlar Altıağac istisna olmaqla bu əraziləri istirahət üçün seçmirlər. Səbəb isə sadədir: ərazidə turizm adına heç bir infrastruktur yoxdur. Məsələn, Xızıda çörək qıtlığı var. Evlərin qarşısında kiçik dükanlarda kənd məhsulları satılsa da, çörək tapılmır. “Rayonun mərkəzindəki marketlərdə tapa bilərsiniz. Yeganə çörək sexini keçən il AQTA bağladı. İndi sakinlər çörəyi evdə bişirirlər. Satışda çörək tapmaq çətin məsələdir”, - deyə satıcı oğlan bildirdi. Qonaq olduğumuzu nəzərə alıb evindən bir çörək gətirdi. Digər çörəyi isə nahar yediyimiz restoranın əməkdaşı 2 manat müqabilində verdi.

Xızıya səyahət edən dostlardan biri rayonda ciddi ət çatışmazlığının olduğunu da bildirdi: “Burada quzular mələməmiş kəsilir, Xızıda ət tapılmır”.

Əsas problemlərdən biri yol örtüyünün keyfiyyətsiz olmasıdır. Asfalta vurulan yamaqlar da narahatlığı aradan qaldırmır. Bu, rayona gələn turistlərə mane olan əsas problemlərdən biridir. Həmçinin kəndlərin əhalisinin xüsusən payız-qış aylarında rayon mərkəzinə gediş-gəlişində müəyyən çətinliklər yaradır. Xızı rayonunun Giləzi-Xızı (28 km) -Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına uyğun olaraq, 2019-cu ildə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılsa da, hazırda asfalt örtüyü bərbad haldadır. Ölkənin nisbətən inkişaf edən turizm bölgələrində təmir və yeni yolların çəkilməsi üçün iş aparılsa da, buralarda bu proses görünür ki, çox ləng gedir. Nəticədə turistlərin çətin gedilən, hətta yarı yolda ilişilib qalan yerləri ziyarət etmək həvəsi qalmır. Turizm sektorunda işçilərin qeyri-peşəkarlığı, göstərilən xidmətin aşağı səviyyəsi də gözdən qaçmır. Zəif inkişaf etmiş yolkənarı xidmət sistemi – lokal kafe və restoranlar hələ də istirahət yerlərinə avtomobil və avtobusla gəlməyə hazır olan turistlərin sayına xidmət etmək üçün yetərli deyil.

Altıağac kimi istirahət mərkəzində yaşıl örtüyün, ağacların quruması da narahatlıq yaradan məqamlardandır. Rayonda özəl sektorun turizm istiqamətində fəaliyyəti də qənaətbəxş deyil.

Dağların təbliğatı olsa...

Yerli və xarici turistlər əraziyə ən çox rəngli dağları ziyarət etməyə gəlirlər. Bunu turizmçi Vasif Yadigarov da təsdiq edir: “Ora gedən qonaqlar əsasən dağlıq hissə seçdikləri üçün əksəriyyəti razı qalır”. Turizmçinin bildirdiyinə görə, hansı rayonda ən çox nə məşhurdursa, - məsələn, yemək növü, meyvə, şirniyyat və s. - o bölgə üçün önə çəkilir. Xızının rəngli dağları kimi. Bu dağlara təşkil edilən infoturların qiyməti isə 29-35 AZN arasında dəyişir.

Təbii ki, hər bir ərazinin imici onun turistlər arasında nə qədər məşhur olacağını müəyyən etmək üçün çox vacibdir. Bir çox regionların öz ərazilərini turizm məkanı kimi tanıtmaq üçün səmərəli siyasəti isə təəssüf ki, yoxdur. Nəticə etibarı ilə potensial turistlər hansı yerləri ziyarət edə biləcəklərindən xəbərsizdirlər. Yaxşı təbliğatı olsa hamını heyran edə biləcək Xızının rəngli və nadir dağları kimi... ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see200

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see199

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see141

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri