Icma.az
close
up
RU
Ən faydalı çörək bu imiş...

Ən faydalı çörək bu imiş...

Icma.az, News24 portalına istinadən məlumat verir.

Bu çörək növü həzmi gücləndirir,immuniteti qaldırır və uzun müddət tox tutur.

News24.az orqanizm dostu balatı (təbii maya) çörəyinin faydalarını və balatının hazırlanma qaydasını oxucularının diqqətinə çatdırır.

Arıqladır

Aşağı glisemik indeksi sayəsində çəkini balanslaşdırmağa kömək edir. Qan şəkərində qəfil dalğalanmaların qarşısını alır, daha uzun müddət tox qalmağa şərait yaradır. Bu da çəki atmağa kömək edir.

Həzm prosesini sürətləndirir

Balatı çörəyinin tərkibində həzmə kömək edən probiyotiklər var. Bu probiyotiklər bağırsaq florasını tarazlaşdırır, həzmi asanlaşdırır və bağırsaq sağlamlığını qoruyur. Daimi istehlak edildikdə həzm problemlərini azaldır, köpü,şişkinliyi aradan qaldırır.

Qan şəkərini tənzimləyir

Bu çörək növü aşağı glisemik indeksə malik olduğu üçün qan şəkərini tez qaldırmır. Bu da xüsusilə diabet xəstələri üçün faydalıdır. Qan şəkərinin səviyyəsini balanslaşdırmağa kömək edir, insulin müqavimətini azaldaraq uzun müddət tox olmağa kömək edir.

Mineral və vitaminlər

Balatı çörəyi maqnezium, kalium, sink kimi minerallar və B vitamini ilə zəngindir. Bu minerallar sümükləri gücləndirir, immunitet sistemini dəstəkləyir və bədən funksiyalarının düzgün işləməsinə kömək edir. 

Ürək dostu

Ürək fəaliyyətinə və sağlamlığına müsbət təsir göstərir.Tərkibindəki lif və aşağı glisemik indeks xolesterol səviyyəsini balanslı saxlamağa kömək edir. Daimi istehlak ürək xəstəliyi riskini azalda və damar sağlamlığını qoruya bilər.

İmmuniteti qaldırır

Təbii fermentasiya zamanı əmələ gələn komponentlər sayəsində immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qoruyur. 

Sinir sistemini gücləndirir

Tərkibində sinir sisteminin sağlamlığını dəstəkləyən B vitamini var. Bu vitamin stressin öhdəsindən  gəlməyi asanlaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır və sinir sisteminin funksiyalarını tənzimləyir. Onun müntəzəm istehlakı enerji səviyyələrini artıra və zehni yorğunluğu azalda bilər.

Balatının (təbii mayanın) hazırlanması:

I gün

Təmiz bir bankaya 2 xörək qaşığı un və 2 xörək qaşığı suyu töküb qarışdırın. Qapağı bankanın ağzına qoyun, lakin buraraq bağlamayın. Daha sonra qalın bir dəsmala büküb otaq temperaturunda 24 saat saxlayın. 

II gün

Bankanı dəsmalın arasından çıxarın. Mayada qabarcıqlar olmalıdır. (Əgər yoxdursa, əvvəlki qaydada büküb otaq temperaturunda bir gün də saxlayın) Əgər qabarcıqlar varsa, üstünə 2 xörək qaşığı un və 2 xörək qaşığı su əlavə edib qarışdırın əvvlki qaydada dəsmala büküb otaq temperaturunda 24 saat saxlayın.

Prosesi 5-7 gün təkrar edin.

Prosesin sonunda mayanız hazır olacaq. Xəmir yoğura bilərsiniz.

Balatını necə saxlamaq olar?

Hazırlanmış mayanı soyuducuda saxlaya bilərsiniz. Xəmir yoğurarkən yarısını istifadə edib, digər yarısını isə həftədə bir dəfə əvvəlki qaydada (5-7günlük prosesdəki kimi) qidalandırıb gələn dəfə üçün saxlaya bilərsiniz./SAVASHMEDİA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://news24.az
archiveBu xəbər 13 Aprel 2025 05:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri