Icma.az
close
up
RU
“Bu, regional sabitliyin və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq” Şərh

“Bu, regional sabitliyin və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq” Şərh

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iki tərəfli, üçtərəfli və çoxtərəfli formatlarda çox sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq münasibətləri getdikcə daha da dərinləşməkdədir. Mərkəzi Asiya ölkələri ilə münasibətlər kontekstində Azərbaycan–Qazaxıstan münasibətləri tamamilə fərqlənir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, Azərbaycanla Mərkəzi Asiya regionu arasında əlaqələrin daha sıx şəkildə qurulmasını şərtləndirən bir çox amillər mövcuddur:

“Birincisi, Azərbaycanın İkinci Qarabağ savaşı nəticəsində öz ərazi bütövlüyünü təmin edib suverenliyini bərpa etməsindən, o cümlədən 8 avqust 2025-ci ildə Vaşinqtonda İrəvanla Bakı arasında sülh sazişinin paraflanmasından sonra yaratdığı yeni reallıq nəticəsində ölkəmizin qarşısında duran çağırışlar və hədəflər.

İkincisi, Azərbaycanın qlobal və regional sülhə, təhlükəsizliyə və əməkdaşlığın yaranması məqsədi ilə üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirərək bu prosesdə orta güc kimi aktiv rol oynaması.

Üçüncüsü, Mərkəzi Asiya ölkələrinin türkdilli dövlətlər olaraq eyni tarixi kökə sahib olmamız. Çünki türkdilli dövlətlərin yeni dünya nizamının formalaşmasında daha sıx formada inteqrasiya olunaraq qlobal və regional miqyasda siyasi, iqtisadi, hərbi güc kimi meydana çıxması Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir.

Dördüncüsü, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın Şərqlə Qərb arasında uğurlu əməkdaşlıq körpüsü rolunu oynamasında Mərkəzi Asiyanın önəmli yer tutması.

Beşincisi, Avrasiya coğrafiyasında yeni dünya nizamının formalaşmasında mühüm əhəmiyyət kəsb edən enerji dəhlizləri ilə yanaşı, digər nəqliyyat və logistika marşrutlarının xəritəsinin yenidən cızılmasında Azərbaycanın oynadığı rol. Bu gün Azərbaycan Avrasiya coğrafiyasında Qərblə Şərq, Şimalla Cənub arasında yeni dəhlizlərin müəyyən edilməsində xüsusi rol oynayaraq logistik qovşağa çevrilib.

Altıncısı, bu gün Asiya təkcə coğrafi baxımdan deyil, həm də geoiqtisadi və geosiyasi baxımdan dünyanın strateji mərkəzinə çevrilməkdədir.

Bütün bu və digər amillər Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasını şərtləndirir. Qazaxıstan isə Azərbaycanın Mərkəzi Asiya və digər Şərq ölkələri ilə əlaqələrin qurulmasında bir qapı rolunu oynayır.

Hər şeydən öncə onu da qeyd etmək lazımdır ki, resurs potensialına, coğrafi mövqeyinə, əhali sayına və xarici siyasətdə atılan addımlara görə Qazaxıstan və Azərbaycanın öz regionlarında daha təşəbbüskar, fərqlənən aktorlar olduğunu demək olar. Bu baxımdan, Azərbaycan–Qazaxıstan münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir”.

Deputat əlavə edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev siyasi arenada öz fikirləri olan liderlərdir. “Bunu biz həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq platformalarda təmaslar zamanı görürük.

Azərbaycan Prezidenti, cənab İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Bu səfər çərçivəsində də Azərbaycan liderinə göstərilən yüksək etimad və diqqətin şahidi olduq.

Ölkə başçısını qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin şəxsən Astana şəhərinin Beynəlxalq Aeroportunda qarşılaması, onun şərəfinə verilən ziyafət və şəxsi ünsiyyət zamanı göstərilən diqqət bunun bariz nümunəsi idi.

Qazaxıstan rəhbərinin Azərbaycan Prezidenti haqda “O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Prezident İlham Əliyev tarixi missiyanı yerinə yetirib” fikirləri həm də qlobal miqyasda dövlət başçımızın siyasi portretinin ifadəsi idi.

Eyni zamanda, keçirilən görüşlər və aparılan qarşılıqlı müzakirələr də onu deməyə əsas verir ki, bu gün Azərbaycan və Qazaxıstan etibarlı tərəfdaş və iki qardaş ölkə olaraq həm bir-birinə güvənir, həm də bütün sahələrdə əməkdaşlığın genişlənməsini hədəfləyir.

Ölkələr arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni və humanitar sahədə də ciddi əməkdaşlıq müşahidə olunur. Xüsusən də son illər Türk dövlətlərinin daha da yaxınlaşması ölkələr arasında əlaqələrdə yeni səhifə açıb. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələr arasındakı iqtisadi və siyasi münasibətləri daha da gücləndirib. Bu isə ölkələr arasında ciddi əməkdaşlıq potensialının olduğunu və bundan artıq daha sıx şəkildə istifadə edildiyini göstərir”, – o vurğulayıb.

Deputat onu da deyib ki, Prezident İlham Əliyevin Qazaxıstana ikigünlük səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha göstərdi: “Qazaxıstan Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşıdır.

Bütün bunlardan çıxış edən Azərbaycan Prezidenti də haqlı olaraq qeyd edib ki, Qazaxıstan hər zaman bizim yanımızda olub, haqq səsimizə səs verib, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edib. Bəli, həqiqətən də belədir. Qazaxıstan Azərbaycana daim mənəvi və siyasi dəstək verib. Astana dostluğa və qardaşlığa sadiq olduğunu çoxdan sübut etmiş, onillərin sınağından çıxmış, güvəniləcək ölkədir.

Bu gün Azərbaycan və Qazaxıstan siyasi və iqtisadi konsepsiya, həmçinin dövlət ambisiyaları baxımından yeni dünya düzəninə uyğun praqmatik baxış ortaya qoyub. Məhz bu yanaşma Türk Dövlətləri Təşkilatının güclənməsində mühüm rol oynayıb.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hər biri regional təşəbbüsləri və qlobal təcrübəni birləşdirərək konkret sahələr üzrə model qurmalı və bunu təsisat çərçivəsində bölüşməlidir.

Ortaq ambisiya ilə çıxış etmək və qərar vermək çətin, lakin mümkündür. Azərbaycan və Qazaxıstan bu çətin şəraitdə mümkün olan bütün addımları atmaq yoluna çıxıb.

Həm Azərbaycan, həm də Qazaxıstan prezidentləri siyasi nizamda nəyin lazım olduğunu dərk edən və ortaq vizyonlu liderlər, cəlb etməyə qadir siyasətçilərdir.

Bu gün Azərbaycan və Qazaxıstan yalnız regional tərəfdaş deyil, Türk dünyasında inteqrasiya proseslərinin hərəkətverici qüvvəsidir. İki ölkənin strateji müttəfiqliyi qarşıdakı illərdə də regionda sabitliyin, inkişafın və türk birliyinin möhkəmlənməsində mühüm rol oynayacaq”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Oktyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri