Icma.az
close
up
RU
“İordaniyaAzərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti” iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq AZƏRTAC

“İordaniyaAzərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti” iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qahirə, 9 yanvar, AZƏRTAC

Əmman şəhərində yeni təsis edilmiş “İordaniya-Azərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti”nin açılış mərasimi keçirilib.

AZƏRTAC Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsi və dərinləşməsinə töhfə vermək istəyən bir qrup nüfuzlu ictimai-siyasi xadimin təşəbbüsü ilə təsis edilən Dostluq Cəmiyyətin idarə heyətində İordaniya parlamentinin hazırkı və sabiq deputatları, yerli idarəetmə orqanlarının rəsmiləri, nüfuzlu siyasi şəxsiyyətlər və biznesmenlər yer alır.

Cəmiyyətin fəxri prezidenti, İordaniyanın keçmiş Baş naziri, Beynəlxalq Ədalət Məhkəməsinin keçmiş hakimi Aun Xasaunə tədbirdə çıxış edərək yeni yaradılın cəmiyyətin dostluq əlaqələrinin hərtərəfli möhkəmləndirilməsini, xüsusən iki ölkə arasında dərin humanitar, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsini özünə əsas hədəf seçdiyini bildirib və bunun ikitərəfli əlaqələrə xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib.

Cəmiyyətin idarə heyətinin sədri Amer Əbu Obeid bildirib ki, “İordaniya-Azərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti”nin bir sıra proqramı və təklifləri var. Cəmiyyət onları iki qardaş ölkənin mənafeyinə uyğun olaraq həyata keçirmək, dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində körpü rolunu oynamaq istəyir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Eldar Səlimov ölkəmizlə İordaniya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, dövlət başçılarımız arasındakı dostluq münasibətlərinin bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş zəmin yaratdığını bildirib. Qeyd olunub ki, iki ölkə arasında humanitar, iqtisadi və mədəni əlaqələrin daha da inkişafına xüsusi töhfə verəcək yeni dostluq cəmiyyətinin təsis edilməsi məmnunluq doğurur.

“İordaniya-Azərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti”nin yaradılmasında əməyi olan şəxslərə təşəkkürünü bildirən E.Səlimov cəmiyyətin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səfirliyin lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Məlumat üçün bildiririk ki, “İordaniya-Azərbaycan Mədəniyyət və Dostluq Cəmiyyəti” ötən il dekabrın 23-də İordaniya Haşimilər Krallığı Sosial İnkişaf Nazirliyində müvafiq qeydiyyatdan keçmişdir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri