Icma.az
close
up
RU
Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyin qarantıdır ŞƏRH

Azərbaycan Türk dünyasının strateji mərkəzi və regional sabitliyin qarantıdır ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşünün geosiyasi əhəmiyyəti həm keçirilən məkan, həm də seçilmiş mövzu ilə sıx bağlıdır. Zirvə Görüşünün əsas mövzusu - “Regional sülh və təhlükəsizlik” TDT-nin regionda sabitlik və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji baxışını əks etdirir. Görüşün Qəbələdə, yəni paytaxt Bakıdan kənarda təşkili regional inkişafın və strateji əhəmiyyətə malik ərazilərin önə çəkilməsi baxımından mühüm siyasi mesaj daşıyır. Bu seçim Azərbaycanın yalnız paytaxtla məhdudlaşmayan milli potensialını və bölgələrdə sabitlik siyasətini nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Media və kommunikasiya departamentinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli söyləyib.

Əziz Əlibəyli qeyd edib ki, Zirvə Görüşündə Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı TDT-nin Avropa İttifaqı daxilində strateji təsir kanalları yaratmaq niyyətini nümayiş etdirərək, təşkilatın qlobal miqyasda artan ambisiyalarını ön plana çıxarır.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin rolu və gələcək vizyonu barədə mühüm mesajlar verib. Onun çıxışında tədbirin keçirildiyi Qəbələnin tarixi və mədəni önəmi, xüsusilə Qafqaz Albaniyası irsinə istinad son dövrlərdə tarix üzərindən aparılan saxtalaşdırma cəhdlərinə tutarlı cavab olmaqla yanaşı, Türk dünyasının dərin tarixi köklərinə və Azərbaycanın bu mədəni irsdəki mərkəzi roluna diqqət çəkib.

Bakının siyasi mərkəz rolunun tədricən Şuşa, Xankəndi, Naxçıvan, Qəbələ kimi qədim şəhərlərlə paylaşılması dövlətin məqsədyönlü şəkildə regional inkişafa və təhlükəsizliyin bərpasına verdiyi önəmi göstərir. Bu yanaşma postmüharibə dövründə sərhəd bölgələrinin sabitlik və rifah məkanına çevrilməsinin ən parlaq nümunəsi kimi qiymətləndirilə bilər.

“Prezident İlham Əliyev çıxışında dəfələrlə vurğuladı ki, Türk dövlətlərinin bir araya gələrək məhz Azərbaycanda Zirvə Görüşü keçirməsi təsadüfi deyil. Onun sözlərinə görə, bu gün TDT, sadəcə, əməkdaşlıq və ya müzakirə platforması deyil, birbaşa mühüm geosiyasi mərkəzə çevrilib. Azərbaycanın təşkilatın institusional əsaslarının möhkəmləndirilməsi üçün maliyyə dəstəyi ayırması da bu fikri təsdiqləyir. Bu, müasir dövrdə dağılmaqda olan qlobal sistem fonunda birləşən və güclənən türk mərkəzinin formalaşdığını göstərir. Analizlər göstərir ki, bu yeni regional gücün qloballaşma modelinin əsas memarı məhz Azərbaycan rəhbərliyidir.

TDT-ni qlobal gücə çevirən amillər artıq bir çox böyük dövlətlər üçün asanlıqla təsir edilə bilməyən strateji sahəyə çevrilib. Bunun əsas səbəbi odur ki, bu gün bir çox ölkədə, o cümlədən regionumuzda daxili iqtisadi və siyasi sabitlik ciddi sınaqlarla üzləşir. Lakin Türk dünyası əməkdaşlıq və qarşılıqlı etimad sayəsində bu çətinlikləri sabitlik və inkişaf yolu ilə uğurla dəf edir.

Macarıstanın Avropadakı mövqeyi ilə Türküstan coğrafiyası arasında yerləşən Azərbaycan, faktiki olaraq Şərq və Qərb sivilizasiyaları arasında unikal əməkdaşlıq dəhlizi rolunu oynayır. Bu mövqe həm Şimal, həm də Cənub sərhədləri istiqamətində baxıldıqda aydın görünür. Məhz buna görə də Azərbaycan böyük güclər arasında toqquşma risklərinin artdığı yeni beynəlxalq nizamda təhlükəsiz əməkdaşlıq axtaran tərəflər üçün ideal körpü və sabitlik mərkəzi kimi ön plana çıxır”, - deyə Ə.Əlibəyli bildirib.

O deyib ki, Türk dünyası, eyni zamanda, gənclərin dünyasıdır. Əhalisinin yaş tərkibi onun potensialını və demoqrafik üstünlüyünü açıq şəkildə nümayiş etdirir. Təhlillər göstərir ki, yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi bir milyarda yaxınlaşa bilər, bu da türkləri dünyada böyük potensiala malik edir. Müsbət demoqrafik saldo, yəni gənc və artan əhali TDT üçün qalıcı və gələcəyə yönəlmiş vahid gücün əsas dayağıdır. Bu potensial indiki beynəlxalq şəraitdə ölçüyəgəlməz dərəcədə güclü görünür.

Zirvə Görüşünün əsas şüarı “Regional sülh və təhlükəsizlik”dir. Bu yanaşma ilk dəfə Naxçıvan Sazişi ilə təsdiqlənmiş və bu gün TDT üzvləri üçün həssas geosiyasi bölgələrdə qoruyucu zireh rolunu oynayır. Orta Asiyada, Qafqazda və Avropada qlobal güclərin maraqları həmişə əməkdaşlığa söykənmir. Azərbaycanın yanaşması sayəsində TDT özünü qorumaq və ehtiyac olduqda əməli hərbi gücə çevrilmək istiqamətində böyük addımlar atır. Hazırda qlobal nizam pozulub və onu idarə edən hüquq normaları tapdanır. Bu şəraitdə TDT-nin üzv dövlətləri üçün birlik və ayrılmama prinsipi həyati əhəmiyyət daşıyır.

Departament rəhbərinin sözlərinə görə, enerji təhlükəsizliyi baxımından Azərbaycanın qlobal imici mühüm dəyərlər qazandırır. Ölkəmizin nəql etdiyi karbohidrogen ehtiyatları sayəsində 14 ölkənin energetika müstəqilliyi qorunub, iqtisadi azadlığı təmin edilib, onlara siyasi güc və özünüifadə imkanları verilib. Məhz bu səbəbdən, TDT-nin əsl gücü və qalıcı dayağı Azərbaycandır. Türk dünyası Azərbaycan sayəsində tarixi varlığını gələcəyə daşımağa doğru güclü addımlar atır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri