Icma.az
close
up
RU
Bu rus sözləri lüğətə əlavə edilir? Dilçi alimdən akademikə ETİRAZ

Bu rus sözləri lüğətə əlavə edilir? Dilçi alimdən akademikə ETİRAZ

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Milli kimliyimizi, həm də dilimizin müstəqil inkişafını qorumaq üçün yad mənşəli sözlərin deyil, türk köklü, dilimizin ruhuna uyğun ifadələrin istifadəsinə üstünlük verilməlidir. Bu, həm Türk dünyası ilə ortaq dilə doğru atılan bir addım, həm də Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından vacibdir”.
Bunu Demokrat.az-a açıqlamasında filologiya elmləri doktoru Elçin İbrahimov deyib. O bildirib ki, bəzi fikirlərə görə, gündəlik danışıqda tez-tez işlədilən rus mənşəli ifadələri, məsələn, “vopşe”, “tak çto”, “znaçit” sözlərinin Azərbaycan dilinin lüğət tərkibinə daxil etmək məqsədəuyğun sayılır, lakin bu yanaşma ilə heç bir şəkildə razılaşa bilmərik:“Əksinə, belə ifadələrin nəinki Azərbaycan dilinin lüğət tərkibinə salınması, hətta gündəlik ünsiyyətdən çıxarılması zəruridir. Bu cür yad söz və ifadələr ana dilimizin saf və milli ruhda inkişafına ciddi maneələr törədir.
Əgər bu tip ifadələrə qarşılıq axtarılırsa, onların öztürkcə, yəni türk mənşəli və dilimizin təbiətinə uyğun alternativlərini tapmaq daha doğru yoldur. Məsələn, rus dilindəki “vopşe” sözünün əvəzinə “büsbütün”, “ümumən”, “tak çto” yerinə “bələliklə”, “ona görə də”, “znaçit” yerinə isə “demək ki”, “nəticə etibarilə” kimi ifadələr onsuzda işlədilir. Bu cür əvəzləmələr, həm məna bütövlüyünü qoruyur, həm də dilin daxili imkanları ilə zənginləşməsinə şərait yaradır.
Bu istiqamətdə uğurlu nümunələr də mövcuddur. Bir vaxtlar işlədilən yad mənşəli “kvorm” termini bu gün artıq “yetərsay” kimi həm anlamlı, həm də dilimizə uyğun formaya salınıb. Bu, göstərir ki, yeni sözləri yad dillərdən olduğu kimi qəbul etməkdənsə, daxili qaynaqlarla yaratmaq həm milli kimliyimizin qorunmasına, həm də dilin inkişafına xidmət edir”.
Elçin İbrahimov qeyd edib ki, gündəlik ünəyyətdə istifadə etdiyimiz rus, ingilis, hətta bəzən Türkiyə türkcəsindən gələn sözlərin filoloji süzgəcdən keçirmədən dilimizə daxil etməklə biz “dil saflığı”ndan danışa bilmərik: 
“Axı, Azərbaycan dilinin söz ehtiyatı kifayət qədər zəngindir və hər bir anlayışın qarşılığını ana dilimizdə tapmaq mümkündür.Nəticə etibarilə, həm milli kimliyimizi, həm də dilimizin müstəqil inkişafını qorumaq üçün yad mənşəli sözlərin deyil, türk köklü, dilimizin ruhuna uyğun ifadələrin istifadəsinə üstünlük verilməlidir. Bu həm Türk dünyası ilə ortaq dilə doğru atılan bir addım, həm də Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi baxımından vacibdir”.
Qeyd edək ki,  Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov mətbuata açıqlamasında bildirib ki, “Vopşe”, “tak çto”, “znaçit” kimi sözləri dilimizin lüğətinə daxil etməliyik.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 May 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri