Icma.az
close
up
RU
Dilçi alimdən akademikə etiraz: O sözləri lüğətimizə salmaq çox qorxuludur!

Dilçi alimdən akademikə etiraz: O sözləri lüğətimizə salmaq çox qorxuludur!

Icma.az bildirir, Modern.az portalına istinadən.

“Biz gərək dilimizdə, xüsusən də danışıqda təsadüfən işlədilən rus sözlərini də, məsələn, "vopşe", "tak çto", "znaçit" kimi sözləri də dilimizin lüğətinə daxil edək. Çünki bu sözlər artıq bizim leksikonumuzda var. Eyni zamanda mətbuatı vərəqləyib görsək ki, orada hələ də yayqın olmayan bir ingilis, fransız, ərəb, İndoneziya, hind sözü varsa, onu da lüğətə daxil edə bilərik. Məhz bu cür dildə sözlərin sayını artırmaq olur. Bir var əsas lüğət fondu, dilin lüğət tərkibi, bir də var ki, dilin lüğət tərkibində ehtimal olunan biləcək söz yaradıcılığı prosesləri. Çünki biz hər gün söz yarada bilirik. Dəmirçi sözü varsa, sabah, taxtaçı sözü də ola bilər. Yəni, bu potensialı da nəzərə almaq lazımdır”.
Modern.az-ın məlumatyına görə, Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun “Teleqraf”a verdiyi bu açıqlama ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə dilçi alimin fikirlərinə müxtəlif etirazlar ifadə edilib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürk də Nizami Cəfərovun səsləndirdiyi fikirlə razılaşmayanlar sırasındadır.
"Hamıdan çox ayıq və məntiqi təfəkkürə malik olan dilçi alim"in sözügedən fikirlərinə bu dilin təəssübünü çəkən daha ayıq-sayıq vətəndaşlar haqlı olaraq kəskin etiraz edirlər. Lüğət tərtibetmənin öz prinsipləri mövcuddur. Sözləri təsnif etmək, qeydə almaq başqa məsələdir, amma tüfeyli sözlər, varvarizmlər hesabına dilimizi "zənginləşdirmək", onları dilimizin kitabi-müqəddəsi sayılan Orfoqrafiya lüğətinə daxil edilməklə sözlərin sayını artırmaq düşüncəsi çox qorxuludur. O nümunələrin arxasından yüzlərlə, bəlkə də minlərlə varvarizm dalğası gəlməkdədir. Həmin sözlərə legitim don geyindirmək, eləcə də təsadüfi nitq faktlarını dil faktına çevirmək istəyi yolverilməzdir”, - deyə Şahlar Göytürk vurğulayıb.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri