Icma.az
close
up
RU
“Bu, Rusiyadan şirkətlərini çıxaranların “qələt elədim kampaniyası”na start verəcək”

“Bu, Rusiyadan şirkətlərini çıxaranların “qələt elədim kampaniyası”na start verəcək”

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Baxmayaraq ki, Zelenski Rusiyanın “pasxa razılaşması”nı pozduğunu iddia edir – hərçənd mən buna inanmıram –  amma yenə də...Yekun etibarilə hər iki dövlət başçısının atəşkəs mövzusuna belə qəfil, ekspromt, adekvat reaksiyası son dərəcə  təqdirəlayiqdir və eyni zamanda kənar qüvvələrin “ağıllı məsləhətlərinə” ehtiyac qalmadığının, qalmamasının işarətidir!   

Meydanda isə irəliləyəcək iki yol qalıb və üçüncü alternativ görünmür. Ələlxüsus, Ukrayna acısından. Ya Avropa İttifaqının, Avropa Şurasının, Qərbin məlum dairələrinin, maskalanmış beynəlxalq təşkilatların diktəsi ilə hərəkət edəcəksən. Ki, xalqının da, dövlətinin də edam fərmanını daha tez verəsən. Ya da kimsədən mədət ummadan, öz ayağının izi ilə, öz cığırınla, öz yolunla yürüyəcəksən. Ki, sabah hər şeyin məsuliyyəti də, cavabdehliyi də yalnız öz boynunda qalsın.  

Yoxsa, səndən savayı bu müharibədə hamı qazanacaq. Hamı!

Hətta hansısa silah zavodunda “şurup” bağlayan fəhlə belə...

Ay, Putinin ənənəvi “9 may paradı”na mən də buradan demarş reaksiyası verim, Avropa liderlərini Kiyevə çağırım, ardınca “London  görüşü” düzənləyim...Vallah-billah ehtiyac yoxdur, belə şeylərə.

Makron və onunkimilərin ağlı ilə ən “uzaq” gedən Paşinyandır.

Onun da günü, aqibəti ortalıqda...

Ayrıca, indiki etapda, Avropanın “qoca qurdlarının” hətta imitasiya xətrinə olsa belə, “sülh göyərçini” qiyafəsində zühur edəcəyinə də kimsə ümidlənməsin.

Çünki müharibənin məlum sonluqla bitməsi;

-Avropanın Rusiya qarşısında 2-ci dünya savaşından sonra ən böyük və ən acı məğlubiyyətini şərtləndirəcək.

-Avropanın və Qərb dairələrinin nəzarətində olan bütün beynəlxalq təşkilatlarda “yarpaq tökümü”nü sürətləndirəcək.

-Silah satışından milyardlar əldə edən dövlətlərin “bazar”ını (əməllicə, anındaca) çökdürəcək.

-Putinə qarşı ağır sanksiyalar tətbiq edənlərin, onunla “Roma Statutu”nun dili ilə danışanların, Rusiyadan öz səfirlərini və şirkətlərini çıxaranların “qələt elədim kampaniyası”na təcili, mütləq və qeyd-şərtsiz bir qaydada start verəcək.   

***

Bütün dünya nə deyirdi? – biz daxil – Ukrayna haqlıdır, düzdür! Yenə deyirik. Bundan sonra da deyəcəyik. Fəqət, haqqında danışılan  düz...Öz rəngini o zaman dəyişdi ki, həmin düzün başında oturan adam torpaqların geri alınmasından, suverenliyin bərpasından daha çox, Baydenin, Consonun pıçıltılarına önəm verdi, Fransanın, Polşanın, Britaniyanın məsləhətlərinə qulaq asdı, “qəhrəman olacam” dediyi yerdə qəhrəmanlıq anlayışının bütün parametrlərini bilərəkdən, kor-koranə, şüurlu şəkildə məhv elədi, öz səbatsızlığı və qeyri-peşəkarlığı ucbatından “DÜZ”ün bütün rıçaqlarını “GÜC”ün əlinə verdi!

Bir gün Valeriy Lobanovskidən soruşublar ki, siz niyə hollandlar kimi açıq və baxımlı futbol oynamırsız, niyə Belanovdan, Protasovdan “uçan Kroyf” düzəldə bilmirsiz?

Adam mükəmməl cavab verib: “Çünki 20 il, 50 il sonra hər kəs yalnız yekun hesaba baxacaq, udana alqış edəcək və bir adamın ağlına gəlməyəcək ki, baxımlı, maraqlı, əsl futbola “əhsən” desin.

Siyasət də təxminən belədir. Hamı nəticəyə baxır. Hamı sonluğa fokuslanır. Hamı qüvvətli ilə hesablaşır və....Əgər sənin əlində olan “DÜZ” fundamental, özünə aid güclə cilalanmayıbsa, o zaman qaşla məşğul olduğun yerdə bir baxacaqsan ki, vurub gözü də dibindən çıxarmısan.

Yadıma bir də Ağır Cinayətlər Məhkəməsində işlədiyim dövrdən qısa epizod düşdü.

Demək, əsas zalda “smert Faiq” ləqəbli məşhur “avtoş”un işinə baxılırdı. (deyəsən, maşın oğurluğu idi) Və...Bəlli məqamda hakimlə Faiq arasında maraqlı dialoq yaşandı:

-Sən maşını bu qədər sürətlə idarə etməyi sevdiyin halda nə əcəb filan gün, filan yerdən saatda 80-lə keçmisən?

-Möhtərəm hakim, 80-lə sürdüyüm gün maşında ailə-uşaq vardı, onların həyatını riskə ata bilməzdim. Tək olanda isə tam başqa, lap 250 də “sıxaram”.

Və...sözümün “mustafası” budur:

O boyda ölkənin Prezidenti Zelenski hətta sıradan bir “avtoş” qədər belə düşünə bilməyib ki, idarə etdiyi sükanın arxasında 40 milyonluq xalqın əyləşdiyini fərq etsin.

**

Dünya çox qarışıb. Dünya həqiqətən, əməlli qarışıb.

Ona görə də dövlət olaraq ilk öncə öz başını qorumağı, qlobal “razborka”lardan uzaq dayanmağı və böyük güclər arasındakı mübahisələrdən yayınmağı bacarmalısan.  

Eynən, keçən il Nepalda jurnalistlərə müsahibə verən 125 yaşlı Hindistan vətəndaşı kimi:

-Ağsaqqal, bu yaşa gəlib çatmağınızın əsas səbəbi nədir?

-Həyatım boyu heç kimlə, heç zaman mübahisə etməməyim.

-Ola bilməz!

-Ola bilməz, ola bilməz də...

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Aprel 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2005

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see222

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see194

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see182

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see181

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see139

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see135

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see133

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see133

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri