Icma.az
close
up
RU
“Bu, Rusiyanın təxribatlar törətmək niyyətindən xəbər verir” “Azərbaycana qarşı ikinci cəbhə intihar olar...”

“Bu, Rusiyanın təxribatlar törətmək niyyətindən xəbər verir” “Azərbaycana qarşı ikinci cəbhə intihar olar...”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qulamhüseyn Əlibəyli: “Azərbaycanın radikal müxalifətinin ayrı-ayrı rus siyasətçiləri ilə əlaqələri olsa da...”

“Son vaxtlar Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə yaranan gərginlik və bir sıra Rusiya rəsmilərinin, Kremlin nəzarətində olan medianın sistemli şəkildə Azərbaycana qarşı təcavüzkar fikirlər səsləndirməsi Rusiya hakimiyyətinin müəyyən təxribatlar törətmək niyyətindən xəbər verir”.

“AzPolitika” xəbər verir ki, bunu keçmiş deputat, BDU hüquq fakültəsinin müəllimi Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycana raket zərbələri endirmək, Ukraynada olduğu kimi Cənubi Qafqazda “xüsusi hərbi əməliyyatlar” keçirmək, Ermənistandakı 102-ci hərbi bazaya əlavə hərbi hissələr və silahlar gətirmək, Azərbaycanda ləzgi və talış separatizmini qızışdırmaq üçün cəhdlər dediklərini təsdiqləyir.

Q.Əlibəyli vurğulayıb ki, keçmiş SSRİ dağılandan sonra yeni müstəqil dövlətləri Rusiyanın təsir məkanında saxlamaq üçün müxtəlif üsullardan istifadə olunub. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların yaradılması da məhz bu məqsədə xidmət edib.

O qeyd edib ki, hazırda həmin qurumlar Rusiyanın istəklərinə uyğun fəaliyyət göstərə bilmədikləri üçün Rusiya post-sovet məkanında açıq hərbi təhdidlərə keçib, Gürcüstan və Ukraynada olduğu kimi birbaşa hərbi müdaxilə etmək niyyətini gizlətmir.

Qulamhüseyn Əlibəyli deyib ki, Cənubi Qafqazda, xüsusən Azərbaycanda Rusiyanın törədə biləcəyi təxribatlar diqqəti cəlb edir. O bildirib ki, Gürcüstan ərazilərinin bir hissəsi Rusiyanın nəzarəti altındadır və İvanaşvili-Kobaxidze hökuməti həmin əraziləri qaytarmaq üçün Moskva ilə yaxınlaşsa da, işğal olunmuş əraziləri qaytara bilməyib. Bu səbəbdən, Rusiya işğal etdiyi ərazilər vasitəsilə Gürcüstana təsir imkanlarını saxlayır.

Əlibəyli vurğulayıb ki, Ermənistanda Rusiyanın təsir imkanları daha genişdir. Rusiya Ermənistan iqtisadiyyatını, dəmiryol xətlərini, sərhədlərinin bir hissəsini nəzarətdə saxlayır. Bundan başqa, Ermənistanın revanşist müxalifəti faktiki olaraq Rusiyanın nəzarəti altındadır. Rusiya həmin revanşist qüvvələri hakimiyyətə gətirmək üçün dəfələrlə cəhd edib və bu gün də əl çəkmir. Əlibəyli qeyd edib ki, Ermənistanda Rusiyanın hərbi varlığını da unutmaq olmaz.

O bildirib ki, Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycana münasibətdə Rusiyanın təsir imkanları faktiki olaraq yoxdur. Azərbaycanda Rusiyanın hərbi hissələri yoxdur, erməni separatizmi kökü kəsilib, ləzgi separatizminin qarşısı alınıb. Ayrı-ayrı şəxslərin talış separatizmini yaratmaq istəkləri olsa da, fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb, separatizm əhval-ruhiyyəsi geniş yayılmayıb.

Q.Əlibəyli deyib ki, Azərbaycanın radikal müxalifətinin ayrı-ayrı rus siyasətçiləri ilə əlaqələri olsa da, ümumilikdə Rusiya yönümlü deyil, daha çox qərbə meyillidirlər. O bildirib ki, Azərbaycan iqtisadiyyatına və kommunikasiya xətlərinə də Rusiyanın təsir rıçaqları yoxdur. Vaşinqtonda imzalanan sənədlər və paraflanmış saziş layihəsi isə Rusiyanın faktiki olaraq regiondan çıxarılması anlamına gəlir.

Q.Əlibəyli vurğulayıb ki, bu gün Rusiya hakimiyyətinin Azərbaycana qarşı yeganə təsir rıçağı orada yaşayan və işləyən həmvətənlərimizdir. O deyib ki, Rusiya hakimiyyətinin diaspor fəallarına basqıları, həbsləri və işgəncələrlə öldürülməsi də bu təsir rıçağından istifadə cəhdləri kimi qiymətləndirilə bilər, lakin bu cəhdlərin bütövlükdə Azərbaycana təsiri yoxdur.

Əlibəyli bildirib ki, Rusiyanın Azərbaycana hərbi müdaxiləsinə çağırışlar mənasız hay-küydən, hədə-qorxudan başqa bir şey deyil. Ukrayna bataqlığından çıxa bilməyən Rusiyanın, dərsliklərə salınmış Azərbaycan ordusu ilə ikinci cəbhə açması və NATO üzvü Türkiyə, eləcə də Pakistanla hərbi qarşıdurmaya getməsi intihar olardı.

O deyib ki, Rusiyanın siyasətində sağlam məntiq axtarmaq düzgün olmasa da, gec-tez Azərbaycan bölgədə artan nüfuzu və müstəqil siyasəti ilə barışmaq zorundadır. Lakin Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Rusiya qaba güc tətbiq etmək, hərbi müdaxilə və müxtəlif təxribatlar törətməkdən əl çəkmək istəmir ki, bəlkə Zəngəzur dəhlizindən yararlana bilsin.

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Avqust 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri