Icma.az
close
up
RU
Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətmək niyyətindədir Politoloq

Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətmək niyyətindədir Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Buna səbəb iki ölkə arasındakı “münaqişə” olduğu qeyd edilib. Britaniyanın bu çağırışının arxasında nə dayanır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi ekspert Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistanın sistemli şəkildə silahlandırılması belə təsəvvürləri genişləndirə bilər. O, qeyd etdi ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edib və sülh sazişini imzalamaq üçün Ermənistana öz haqlı, ədalətli şərtlərini təqdim edib:

"Azərbaycanın təqdim etdiyi şərtlər əsasında bağlanacaq sülh müqaviləsi sözsüz ki, dayanıqlı bir müqavilə olar. Regionda həm təhlükəsizliyin, həm uzunmüddətli sülhün təmin olunması baxımından çox təsirli olar. Lakin Ermənistan tərəfi hər vasitə ilə özünün ağır məğlub durumunu düzəltmək üçün bir şərtlərin təmin olunmasına çalışır və yaxud da ki, belə bir zamanın yetişəcəyinə ümid edir. Ermənistan öz üzərinə götürmüş olduğu öhdəlikləri də yerinə yetirmir və ayrıca olaraq ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın təklifinə də laqeyd yanaşır. Çünki Minsk qrupunun fəaliyyət göstərməsi o anlama gəlir ki, sanki münaqişə vəziyyəti hələ də davam edir. Yəni görünən ondan ibarətdir ki, Ermənistan tərəfi münaqişə vəziyyətinin hələ də davam etdiyi təəssüratını formalaşdırmaqda israrlıdır. Maraqlı dairələr də mövcuddur, hansılar ki, Cənubi Qafqaz regionunda münaqişə amilindən istifadə edərək öz mövcudluqlarını təmin edirdilər. Onlar elə bu gün də imkanları olanda Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər, ölkəmizə qarşı siyasi hücumlar təşkil edirlər və Ermənistana hərtərəfli dəstək olmaqdadırlar. Amerika Birləşmiş Ştatları, Fransanı xüsusi vurğulamaq lazımdır".

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan Azərbaycanın irəli sürdüyü haqlı şərtlərə uyğun mövqe sərgiləyərək sülh sazişi imzalayarsa, o zaman regionda sülh və təhlükəsizlik təmin olunmuş olacaq.

"Hesab edirəm ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi belə bir xəbərdarlıq edirsə belə, bu təəssüratın formalaşmasının səbəbkarı Ermənistandır. Çünki Ermənistanın təhlükəli silahlarla silahlandırılması, sülhdən yayınması, Ermənistanla hərbi təlimlərin keçirilməsi, Avropa İttifaqı mülki missiyasının Ermənistanda kəşfiyyat fəaliyyəti həyata keçirməsi regionda yenidən gərginlik yarada bilər. Regiondan kənar yerləşən maraqlı dövlətlərin də elə istəyi bundan ibarətdir ki, yenidən münaqişə vəziyyəti yaransın. Ermənistanın ərazisindən region ölkələri Azərbaycana daxil olmaqla kəşfiyyat fəaliyyətinin obyektinə çevrilib. Ermənistan Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edəcəksə, bizim təhlükəsizliyimizə təhdid yaradacaq halların meydana gəlməsini şərtləndirəcəksə, Azərbaycan sözsüz ki, BMT Nizamnaməsinin də icazə verdiyi kimi, öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldıracaq və Britaniya Xarici İşlər Nazirliyinin məlumatlarından da gəldiyimiz nəticə ondan ibarətdir ki, görünür, Ermənistan Azərbaycana qarşı yenidən hərbi təxribatlar törətmək niyyətindədir və belə olan halda Azərbaycan da cavab reaksiyası nümayiş etdirməyə çalışır", - deyə E.Mirbəşiroğlu bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri