Icma.az
close
up
RU
“Bu, rüsvayçılıqdır!” Mütəxəsis Dünya Çempionatındakı qalmaqalı sərt tənqid etdi

“Bu, rüsvayçılıqdır!” Mütəxəsis Dünya Çempionatındakı qalmaqalı sərt tənqid etdi

Icma.az bildirir, Yenisabah portalına istinadən.

2026-cı il Dünya Çempionatında 1/16 final mərhələsi başa çatıb, 1/8 final mərhələsinin son oyunları isə davam edir. Turnirdə ən çox müzakirə olunan məsələlər hakim qərarları, Fransa–Paraqvay oyunundakı sərt epizodlar, ABŞ millisinin futbolçusunun qırmızı vərəqəsinin ləğv olunması və Belçika millisinin narazılığıdır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Aut.az saytının baş redaktoru, idman jurnalisti Natiq Muxtarlı bildirib ki, bu mundialda oyunun nəticəsinə təsir edən hakim səhvləri demək olar ki, yoxdur. Onun sözlərinə görə, bunun əsas səbəbi VAR sisteminin səhvləri vaxtında aradan qaldırmasıdır.

"Hakim səhv edə bilər, bu qaçılmazdır. Amma artıq VAR sistemi var və nəticəyə təsir edəcək səhvləri aradan qaldırır. Məsələn, İngiltərə–Meksika oyununda hakim iki aşkar penalti epizodunu qiymətləndirə bilməmişdi. VAR müdaxilə etdi və hər iki halda düzgün qərar verildi. Buna görə də bu dünya çempionatında oyunun taleyini dəyişəcək hakim səhvlərindən danışmaq doğru olmaz"- deyə o bildirib. Dominos pizza

İdman jurnalisti Fransa–Paraqvay qarşılaşmasının da geniş müzakirə olunmasına münasibət bildirib. Onun sözlərinə görə, Paraqvay millisi həqiqətən də sərt futbol oynayıb, lakin bu, qırmızı vərəqəlik oyun demək deyil.

"Paraqvaylı futbolçular kobud oyuna üstünlük verirdilər. Bu onların seçdiyi taktika idi. Fransa kimi rəqibə qarşı yalnız bu cür mübarizə apara bilərdilər. Amma mən həmin oyunda qırmızı vərəqəlik epizod görmədim. Əgər belə epizod olsaydı, VAR mütləq müdaxilə edəcəkdi. Bununla belə, hakim bir neçə epizodda Paraqvay futbolçularına sarı vərəqə göstərə bilərdi. Sarı vərəqələr verilsəydi, onlar sonradan kobud oyundan çəkinəcəkdilər. Bu baxımdan Fransa azarkeşlərinin narazılığı müəyyən qədər əsaslıdır."

Muxtarlı turnirin ən böyük qalmaqalının isə ABŞ millisinin futbolçusunun qırmızı vərəqəsinin sonradan ləğv edilməsi olduğunu deyib. O, bu qərarı futbol tarixində görünməmiş siyasi müdaxilə kimi qiymətləndirib.

"Bu, birmənalı şəkildə rüsvayçılıqdır. Bu, biabırçılıqdır. Bu, siyasətin idmanı idarə etməsi deməkdir. Sağlam rəqabətə, idman prinsiplərinə açıq şəkildə zərbə vurulur. Futbolun nüfuzu gözdən salınır, siyasətçilər futbolu öz maraqlarına xidmət etdirirlər."

İdman jurnalisti hesab edir ki, Belçika millisinin bu qərara etiraz etməkdə tam haqqı var.

"Belçikanın narazılığı tam əsaslıdır. Böyük ehtimalla apellyasiya şikayəti də veriləcək. UEFA-nın da bu məsələyə münasibət bildirməsi mümkündür. Amma düşünmürəm ki, qəbul olunan qərar dəyişəcək."

Muxtarlı bildirib ki, hakimləri ittiham etmək düzgün deyil. Onun fikrincə, hazırkı vəziyyətin əsas məsuliyyəti futbolu idarə edən qurumların üzərinə düşür.

"Burada hakimlərin günahı yoxdur. Hakim səhv edəndə VAR onu düzəldir. Futbolu gözdən salan hakimlər yox, siyasətin futbola müdaxiləsidir."

O qeyd edib ki, siyasət tarix boyu idmanın içində olub. Mussolini dövründə keçirilən dünya çempionatlarını, Pinoçet dövründə yaşanan hadisələri, 1980-ci ildə Moskva Olimpiadasının ABŞ tərəfindən boykot edilməsini, dörd il sonra Los-Angeles Olimpiadasının isə SSRİ-nin təsiri ilə sosialist ölkələri tərəfindən boykot olunmasını buna misal göstərib.

"Siyasət həmişə idmanda olub. Turnirlərin boykot edilməsi də olub, ev sahibliyinin siyasi müzakirələrə səbəb olması da. Amma konkret futbolçunun cəzasına bu cür müdaxilə edilməsi tamamilə fərqli məsələdir. Mən buna indiyədək rast gəlməmişəm."

İdman jurnalisti 2026-cı il Dünya Çempionatının ABŞ-a verilməsinin də siyasi qərar olduğunu iddia edib. O bildirib ki, 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatlarından sonra FIFA-da aparılan korrupsiya araşdırmaları təsadüfi deyildi və sonradan turnirə ev sahibliyinin ABŞ-a verilməsi də bunun nəticəsi idi.

Muxtarlının fikrincə, bu gün baş verənlər təkcə futbolun deyil, həm də ABŞ-ın nüfuzuna zərbə vurur.

"Futbolda güc meydanda göstərilməlidir. Belə qərarlar milyonlarla azarkeşin sevdiyi oyuna inamı sarsıdır. Bu cür müdaxilələr təkcə futbolu yox, həm də ABŞ-ın özünü gözdən salır."

Sonda jurnalist vurğulayıb ki, Dünya Çempionatının əsas problemi hakim səhvləri deyil.

"Bu mundialın əsas qalmaqalı hakimlər yox, siyasətin futbola müdaxilə etməsidir. VAR nəticəyə təsir edən səhvləri aradan qaldırır. Futbolu nüfuzdan salan isə siyasi qərarlardır."

Aytəkin Əzizqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyul 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri