Icma.az
close
up
RU
Bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib Açıqlama

Bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib Açıqlama

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu  səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir”. 
Bu fikirləri  Ölkə.az-a açıqlamasında  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, iyunun 19-da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasiminin keçirilməsi iki ölkənin qardaşlığınının gücünü bir daha nümayiş etdirdi. “Mərasimdə Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və “Azərbaycan” məhəlləsinin açılışı bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”, - o qeyd edib. 
Millət vəkilinin sözlərinə görə, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb. “Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb. Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib. Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib. Bu yaxınlıq yalnız siyasi və iqtisadi deyil, mədəni və təhsil sahələrində də özünü göstərir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi təhsil və mədəniyyət layihələri, eləcə də tələbə və müəllim mübadiləsi proqramları iki xalq arasında qarşılıqlı anlaşmanı və mənəvi bağlılığı daha da dərinləşdirib. Bu fəaliyyətlər gələcək nəsillərin bir-birinə daha yaxın və həmrəy yetişməsinə zəmin yaratmaqla, Azərbaycan-Türkiyə qardaşlığının möhkəm və davamlı olacağını bir daha sübut edir”, - o vurğulayıb.
Sevinc Fətəliyeva qeyd edib ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu: “Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. Dövlətimizin başçısının xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb.
Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin parlaq nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, bu tarixi hadisə  “Bir millət, iki dövlət” fəlsəfəsinin bir daha tərənnüm edir”.
Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://olke.az
archiveBu xəbər 21 İyun 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri