Icma.az
close
up
RU
“Bu səfər hər iki ölkəyə böyük faydalar gətirəcək ŞƏRH EDİLDİ

“Bu səfər hər iki ölkəyə böyük faydalar gətirəcək ŞƏRH EDİLDİ

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

"Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri çox əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının təsisçisi Rəna Qəfərova bildirib.O qeyd edib ki, görüş Azərbaycan və Afrika ölkələri, xüsusən də Somali ilə diplomatik, siyasi və iqtisadi münasibətlərin inkişafı baxımından mühüm addımdır: “Bu səfər hər iki ölkəyə böyük faydalar gətirəcək. Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivlərinin genişlənməsi strateji əhəmiyyət daşıyır”.Təşkilat rəhbəri Azərbaycan Prezidentinin mətbuata bəyanatına istinad edərək vurğulayıb ki, imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığa olan siyasi iradəni göstərir və bu razılaşmalar münasibətləri daha yüksək səviyyəyə qaldıracaq: "Bu bəyanat Azərbaycan-Somali əlaqələrinin təkcə rəsmi sənədlərlə məhdud qalmayacağını, onların real layihələr və əməkdaşlıq formatları ilə gücləndiriləcəyini vurğulayır. Ümumiyyətlə, Prezident İlham Əliyevin xarici siyasəti ölkələrarası strateji tərəfdaşlığı möhkəmləndirmək və qarşılıqlı əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmaq məqsədi daşıyır. Onun rəhbərliyi ilə Azərbaycan qlobal arenada nüfuzunu artırır və dost ölkələrlə əlaqələri gücləndirir. Dövlət başçısının praqmatik xarici siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirir.Azərbaycanın müstəqillik dövründə qazandığı təcrübə və iqtisadi inkişaf modeli Somali üçün maraqlı ola bilər. Bakı və Moqadişo arasında siyasi dialoqun güclənməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılmasına da töhfə verə bilər. Geosiyasi müstəvidə bu səfər ölkəmizin beynəlxalq nüfuzunu gücləndirə bilər. Azərbaycan qlobal siyasətdə yeni bazarlara və əməkdaşlıqlara açıq olan bir ölkə kimi öz mövqeyini daha da möhkəmləndirə bilər".Görüşün iqtisadi tərəfinə toxunan R.Qəfərova Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, enerji, kənd təsərrüfatı, nəqliyyat-logistika və humanitar sahələrdə yeni imkanların yarana biləcəyini deyib.Sonda, Afrika-Azərbaycan Ticarət Əlaqələri rəhbəri olaraq, R.Qəfərova bu il Afrika ölkələrinə səfərlərin planlaşdırıldığını qeyd edib.

Müəllif: Söylü Ağazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see300

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see297

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see292

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see275

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see274

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see268

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see266

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see247

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see232

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see216

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see215

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see213

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see209

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see203

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see199

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see192

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see188

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see187

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri