Icma.az
close
up
RU
Bu şəhərdə 3,5 milyon avtomobilin hərəkəti necə tənzimlənir? Tıxacsız şəhər FOTO

Bu şəhərdə 3,5 milyon avtomobilin hərəkəti necə tənzimlənir? Tıxacsız şəhər FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dubay azərbaycanlıların ən çox üz tutduğu məkanlardandır. Doğrudur, şəhərdə dünyada məşhur abidələr, tarixi məkanlar, mədəniyyət  obyektləri yoxdur. Lakin yolun yaxınlığı, vizasız gediş-gəliş və ən əsası ticarət mərkəzlərinin bolluğu xalqımızın bir çox nümayəndəsi üçün buranı cazibədar edir. Bəs bu şəhərdə nəqliyyat nə vəziyyətdədir?

Avtosfer.az xəbər verir ki, şəhərin aeroportunda intensivlik çox böyükdür. Təyyarələr təxminən yarım dəqiqə intervalla havaya qalxır. Bəzən təyyarələr eniş növbəsinin çatması üçün şəhərin üzərində 2-3 dövrə vurmağa məcbur olur. Bu, ayrı söhbətin mövzusudur. Əsas məsələ şəhər nəqliyyatıdır. 

Dubay aeroportundan böyük otellərə pulsuz avtobuslar işləsə də, şəhərə ilk gələnlər xidmətdən bixəbərdir. Buna görə də əksəriyyət taksidən istifadə edir. Qiymətə gəlincə, aeroportdan mindikdə taksimetrin açılış qiyməti 20 dirhəmdir (10 manat). Növbəti kilometrlərin qiyməti də yoldan asılıdır. İşdir, şəhərdən aeroporta gəlsəniz, o zaman start qiyməti 5 dirhəm olur. 

Şəhərdə nəqliyyat da kifayət qədər maraqlı tənzimlənib. 3,5 milyon avtomobilin olduğu şəhərdə saatlarla davam edən tıxaclara rast gəlinmir. Lakin svetoforların iş prinsipi fərqlidir. Bizdən və ya ümumiyyətlə Avropadan fərqli olaraq yol kəsişmələrində svetoforlar yalnız 1 istiqamətdə  hərəkətə icazə verir. Sonra növbə ilə digər istiqamətlərdən avtomobillər buraxılır. Sadə dildə desək, əgər praktik olaraq eyni anda həm düz, həm də sağa dönmək mümkün olsa belə, əvvəlcə düz gedən, sonra isə dönən üçün yaşıl işıq yanır. Svetoforda gözləmə müddəti 2 dəqiqədən çoxdur. Lakin yol ayrıclarında maşınların bir-birinə kilidlənməsinə rast gəlinmir. 

Şəhərdə əsas nəqliyyat növü taksidir, avtobus marşrutu cəmi bir neçə ədəddir. Metrodan isə əsasən aeroportdan ticarət mərkəzlərinə gedənlər istifadə edirlər. 
Ümumi götürdükdə isə belə bir mənzərə ortaya çıxır: Avropa şəhərləri ilə müqayisədə maşın sayı qat-qat artıq olsa da, düzgün tənzimləmə nəticəsində nəqliyyatın axını normaldır. 

Avropa şəhərlərində hərəkət etmək asandır, yoxsa Dubayda sualına gəlincə. Bir tanışıma vaxtilə verdiyim cavabı təkrarlamaq istərdim: Parisdə, Berlində və ya Cenevrədə təxminən 10 avroluq sutkalıq biletlə gün ərzində ictimai nəqliyyatdan qeyri-məhdud sayda istifadə etmək mümkündür. Dubayda isə hər yerə taksi ilə getməyə məcburuq. 

Uzun sözün qısası, Dubayda şəxsi avtomobil çoxdur, lakin ictimai nəqliyyat inkişaf etməyib. Bir məqamı da deməyi borc bilirəm ki, şəhərin rütubətli havaya rəğmən avtomobillərdən çıxan işlənmiş qazlar adamı boğmur. Bunun da səbəbini ilk növbədə yanacaq-sürtkü materiallarının keyfiyyətində axtarmaq lazımdır.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri