Icma.az
close
up
RU
Bakının tıxacsız yolu universitetlərdən keçir?

Bakının tıxacsız yolu universitetlərdən keçir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya, əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir.

Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac vardır. Son 20 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olub.

Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Hətta bu yaxınlarda mövcud problemlərin həlli istiqamətində ölkə başçısının sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. 

Nazir də razıdır, amma..

Bakıdakı tıxaclar və onun həlli yolları ilə bağlı irəli sürülən təkliflərdən biri də paytaxtda fəaliyyət göstərən ali təhsil ocaqları ilə bağlıdır. Belə ki, hazırda ali təhsil ocaqlarının əksəriyyəti paytaxtın mərkəzi ərazilərində yerləşir və həmin universitetlərə tələbələrin gediş-gəlişi tıxacın daha da artmasına şərait yaradır. Artıq uzun illərdir ki, həmin ali təhsil ocaqlarının Bakıdan kənara köçürülməsi ilə bağlı təkliflər irəli sürülür.

Elm və təhsil naziri Emin Əmrullayev məsələ ilə bağlı bildirib ki, Bakıdakı universitetlərin köçürülməsi konseptual səviyyədə müzakirə edilir, yəni hələ təhlillər aparılır və bu məsələ çox zəruridir:

“Bu istiqamətdə işləyirik. Amma Bakının mərkəzində yerləşən universitetlərin 15-20 min tələbəsi, üstəlik, onların müəllimləri də var. Bu, elə də asan məsələ deyil. Amma eyni zamanda, biz bunu istisna etmirik. Düşünürük ki, təhsil nə qədər sakit mühitdə olsa, bir o qədər yaxşı olur. Məsələn, Qarabağ Universitetindən müsbət mesajlar alırıq. Hazırda bu məsələ ilkin layihə formasında nəzərdə tutulur”. 

Problemin həlli universitetlərdən keçir?

Universitetlərin köçürülməsi paytaxtda sıxlığın aradan qaldırılması və nəqliyyat probleminin həllində rol oynaya biləcəkmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət"-ə bildirib ki, Bakıdakı ali təhsil müəssisələrinin regionlara köçürülməsi ilə bağlı təklif Azərbaycan təhsil sistemində köklü dəyişikliklərə səbəb ola biləcək addımdır:

“Bu qərarın tətbiqi həm müsbət, həm də mənfi nəticələr doğura bilər və müxtəlif aspektlərdən qiymətləndirilməlidir. Əsas məqsəd Bakının mərkəzində yerləşən universitetlərin yaratdığı infrastruktur yüklənməsini azaltmaq və eyni zamanda, regionların sosial-iqtisadi inkişafına töhfə verməkdir. Lakin bu proses təkcə universitetlərin fiziki olaraq köçürülməsi ilə məhdudlaşmamalı, həm də təhsil keyfiyyətini qorumaq və inkişaf etdirmək üçün sistemli yanaşma tələb etməlidir.

Bu təşəbbüs ilk növbədə regionların inkişafı baxımından əhəmiyyətlidir. Universitetlərin regionlara köçürülməsi həmin şəhərlərdə sosial-iqtisadi canlanmaya səbəb ola bilər. Məsələn, tələbələrin və müəllim heyətinin bölgələrdə yaşaması və işləməsi həmin ərazilərdə yeni iş yerlərinin açılmasına, yerli biznesin inkişafına və infrastrukturun genişlənməsinə təkan verəcək. Dünyada da belə təcrübələr var.

Məsələn, Türkiyədə son 20 ildə bir çox universitetlər böyük şəhərlərdən orta və kiçik şəhərlərə köçürülüb və bu, həmin bölgələrin iqtisadi inkişafına ciddi təsir edib. Eyni yanaşma ABŞ və Almaniya kimi ölkələrdə də müşahidə olunur. Almaniyada bir çox universitetlər Berlin, Münhen və Hamburq kimi böyük şəhərlərdə deyil, daha kiçik şəhərlərdə yerləşir ki, bu da həmin ərazilərin iqtisadiyyatına müsbət təsir edir”. 

“Tələbələrin həyat şəraitinə də ciddi təsir edəcək”

Ekspertin fikrincə, bununla belə, bu proses yalnız fiziki köçürmə ilə məhdudlaşmamalıdır:

“Əgər sadəcə universitetlər yeni binalara yerləşdirilərsə, lakin müəllim heyəti, infrastruktur və akademik mühit köhnə səviyyədə qalarsa, bu köçürülmə təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Hazırda Azərbaycanın regionlarındakı universitetlər Bakıda yerləşən ali təhsil müəssisələri ilə müqayisədə daha az elmi və akademik potensiala malikdir.

Universitetlərin regionlara köçürülməsi onların elmi tədqiqat imkanlarının artırılması, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələr üçün müasir təhsil şəraitinin yaradılması ilə müşayiət olunmalıdır. Əks halda, tələbələr və müəllimlər üçün bu, inkişaf yox, geri addım olacaq. Universitetlərin köçürülməsi tələbələrin həyat şəraitinə də ciddi təsir edəcək. Hazırda tələbələrin əksəriyyəti Bakıda yaşayır və təhsil alır.

Onların regionlara köçməsi üçün həmin ərazilərdə yaşayış şəraiti, kirayə bazarı və nəqliyyat imkanları ciddi şəkildə inkişaf etdirilməlidir. Əgər tələbələr üçün yataqxanalar, ictimai nəqliyyat və digər sosial infrastruktur təmin edilməzsə, bu proses ciddi çətinliklər yaradacaq. Türkiyədə universitetlərin bölgələrə köçürülməsi zamanı geniş tələbə yataqxanaları və yeni nəqliyyat şəbəkələri qurulub. Azərbaycanda da eyni model tətbiq edilməlidir”. 

“Müəllimlərin maaşı artırılmalıdır”

Ekspertin sözlərinə görə, ilk perspektivdə hansı şəhərlərin bu köçürülmə üçün daha uyğun olduğunu müəyyən etmək vacibdir:

“Bu proses zamanı iqtisadi, coğrafi və sosial faktorlar nəzərə alınmalıdır. Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran və Quba kimi şəhərlər ilkin namizədlər arasında ola bilər. Gəncə artıq ikinci ən böyük şəhərdir və burada Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti fəaliyyət göstərir.

Bu şəhər infrastrukturu və iqtisadi potensialı baxımından daha çox tələbə qəbul edə biləcək gücdədir. Sumqayıt isə Bakıya yaxın yerləşdiyi üçün tələbələr üçün daha əlverişli ola bilər. Mingəçevir sənaye şəhəri olduğu üçün mühəndislik və texniki sahələr üzrə universitetlər üçün daha uyğun ola bilər. Şəki və Lənkəran isə turizm və kənd təsərrüfatı sahəsində ixtisaslaşmış universitetlər üçün əlverişli mühit yarada bilər.

Bu prosesin uğurlu olması üçün uzunmüddətli planlaşdırma tələb olunur. Universitetlərin regionlara köçürülməsi yalnız bir infrastruktur layihəsi kimi deyil, həm də təhsil strategiyasının bir hissəsi kimi nəzərdən keçirilməlidir. Akademik kadrların bölgələrə yerləşdirilməsi, müəllimlərin maaşlarının artırılması və tələbələr üçün maliyyə dəstəyinin gücləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Əks halda, bu proses universitetlərin zəifləməsinə və tələbələrin təhsildən uzaqlaşmasına səbəb ola bilər”. 

“Detallı strategiyalar hazırlanmalıdır” 

Ekspert deyir ki, bu təşəbbüsün həyata keçirilməsində əsas çətinliklərdən biri də tələbələrin və müəllimlərin yeni mühitə uyğunlaşması olacaq:

“Hazırda Bakıdakı universitetlər geniş laboratoriyalar, kitabxanalar və tədqiqat mərkəzləri ilə təchiz olunub. Əgər regionlarda bu imkanlar eyni səviyyədə təmin olunmazsa, tələbələr və müəllimlər üçün bu köçürülmə mənfi nəticələr doğura bilər. Beynəlxalq təcrübədə də göstərilir ki, universitetlərin köçürülməsi zamanı onların elmi potensialı qorunmazsa, bu, akademik göstəricilərin zəifləməsinə səbəb olur.

ABŞ və Almaniyada tətbiq olunan model göstərir ki, universitetlər regionlara köçürülərkən onların maliyyələşməsi artırılmalı, yeni laboratoriyalar və tədqiqat mərkəzləri yaradılmalıdır. Ümumiyyətlə, universitetlərin regionlara köçürülməsi ideyası diqqətlə və mərhələli şəkildə həyata keçirilməlidir.

Əgər bu proses yalnız inzibati qərarlarla aparılarsa və tələbələrin, müəllimlərin, infrastrukturun və akademik resursların uyğunlaşması nəzərə alınmazsa, təhsil sisteminə mənfi təsir göstərə bilər. Lakin doğru şəkildə icra olunarsa, bu təşəbbüs həm təhsilin keyfiyyətini yüksəldə, həm də Azərbaycanın regionlarının inkişafına töhfə verə bilər. Gələcəkdə universitetlərin köçürülməsi ilə bağlı daha detallı strategiyalar hazırlanmalı və bu prosesin hər bir mərhələsi diqqətlə planlaşdırılmalıdır”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri