“Bu səhv tariximizi alt üst edib” Həsən Həsənov
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Qafqaz Albaniyası mövcud olmasa da, onun tarixi irsi ətrafında mübahisələr davam edir.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, əsas məsələ artıq mövcud olmayan Albaniya dövləti ilə bağlı tarixi məsələlər deyil, bu dövlətin Azərbaycan üçün doğma dövlət olması və onun irsinə yönələn iddialardır:
"Bir çox hallarda Azərbaycan tarixinin aydın olmadığı deyilir. Bunun səbəbi sovet elmində Albaniya və Atropatenanın eyni dövrdə, bir-birindən asılı olmadan yarandığının irəli sürülməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, Albaniya ilə Atropatena arasında heç bir qohumluq əlaqəsi yoxdur. Bu səhv bizim tariximizi alt-üst edib”, - deyə Həsən Həsənov bildirib.
Tarixçi qeyd edib ki, əslində Atropatena eramızdan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin imperiyasının dağılmasından sonra deyil, Assuriya imperiyasının dağılmasından sonra yaranıb.
Fəridə Əsədzadə
Baxış sayı:79
Bu xəbər 21 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















