Bu şəxsin cəzasını artırın Video
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Səidə Sultan bir neçə gün əvvəl hündürmərtəbəli binadan iti atan və buna görə 25 sutka inzibati həbs cəzası alan şəxslə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı yayımladığı videoda heyvana qarşı zorakılığa etirazını bildirib. O, həmin şəxsin cəzasının uzadılmasını istəyib:
“Hamının gördüyü və təsirindən çıxa bilmədiyimiz hadisə: dörd uşaq atası hamilə iti döyür və eyvandan atıb öldürür. Buna 25 sutka iş veriblər. Bunu heyvana, yaxud insana etdi, fərqi nədir? Maraqlanıldımı ki, uşaqlarına bu zorakılığı edib, ya yox? Sabah bunu insana da edər.
Vətəndaş olaraq tələbimizdir: işə ciddi baxılsın. Belə insanları 25 gündən sonra çölə çıxartmayın. Camaatın uşağını bədbəxt etməyin. Hakimlər, sizin işiniz necə gözəl haqq işidir. Bundan düzgün istifadə edin. 25 sutka nədir? Heyvanın dili yoxdur deyə bilmir. Sabah başqasının balasına edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















