Icma.az
close
up
RU
Bu şəxslər 10 min manat cərimələnəcək? QISA MÜDDƏTDƏ...

Bu şəxslər 10 min manat cərimələnəcək? QISA MÜDDƏTDƏ...

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir - havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür.

Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə əməl etmir. Nazirlik sahibkarları xəbərdar edir ki, texniki çatışmazlıqlar aradan qaldırılmasa, qanun pozuntularına yol verənlər barəsində inzibati tədbirlər görüləcək. Amma sual açıq qalır: bu monitorinqlər real vəziyyəti dəyişəcəkmi, yoxsa sakinlərin narazılığı yenə də davam edəcək?

Yenisabah.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: pizza mizza

Sahibkar məsuliyyətsizliyi

"Səma və Eko" Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildiriи ki, şadlıq evləri və restoranlardan yayılan tüstü ilə bağlı rəhbərlik etdiyi təşkilata da mütəmadi şikayətlər daxil olur. Onun sözlərinə görə, məsələ dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdırılıb. Nazirlik monitorinqlər keçirir, sahibkarlara cərimələr tətbiq edir. Lakin görülən tədbirlər real nəticə vermir.

İradə Həsənova hesab edir ki, əsas problem sahibkarların məsuliyyətsiz yanaşmasındadır: "Düzdür, monitorinqlər aparılır, cərimələr yazılır. Amma çox təəssüf ki, sahibkarlar cəriməni ödəyib, sonra yenə də istədikləri kimi fəaliyyətlərini davam etdirirlər. Əslində həmin obyektlərdə xüsusi filtr və qurğular quraşdırılmalıdır ki, tüstünün qarşısı alınsın. Bəzi iri və məsuliyyətli sahibkarlar buna diqqət yetirirlər, amma bir çoxları hələ də laqeyd davranır. Onlar yalnız öz qazancını düşünür, insanların sağlamlığına, ətraf mühitə heç bir önəm vermirlər. Halbuki havanın çirklənməsi təkcə o küçədə yaşayanları deyil, ümumən bütün cəmiyyəti zərbə altında qoyur. Bu dünyada onların da yaxınları, övladları, doğmaları yaşayır və havanın zəhərlənməsi onlara da təsir edir".

"Problem şadlıq saraylarının çox olmasıdır"

Ekspertin sözlərinə görə, məsələ yalnız dövlət qurumlarının nəzarəti ilə həll olunmayacaq. İctimai nəzarət, sosial şəbəkələrdə aktiv müzakirə və maarifləndirmə də paralel aparılmalıdır: "Çox istəyərdim ki, bu məsələyə daha ciddi yanaşaq. Sosial şəbəkələrdə bu barədə daha çox tənqidi yanaşmalar ortaya qoyulsun. Yerli icra hakimiyyətləri, bələdiyyələr, vətəndaş cəmiyyəti nümayəndələri birgə çalışmalıdırlar. Maarifləndirmə işi aparılmalı, sahibkarlara iqlim dəyişikliyinin hansı təhlükələr yaratdığı izah edilməlidir. Ola bilsin ki, bəzi sahibkarlar bunun zərərlərini sadəcə bilmirlər. Biz bu gün tədbir görməsək, gələcək nəsillərin sağlamlığı təhlükə altında qalacaq".

İradə Həsənova əlavə edir ki, məsələnin kökündə yalnız filtr və tüstü problemi deyil, həm də şadlıq saraylarının sayının həddindən artıq çoxluğu dayanır: "Dünyanın heç bir ölkəsində bu qədər şadlıq evi yoxdur. Bizim ölkənin ərazisi və əhalisi ilə müqayisədə obyektlərin sayı həddən artıqdır. Yemək-içmək, restoran mədəniyyəti şişirdilib. İsrafçılıq çox böyük həddədir. Bu da təbiətə, resurslara, həm də insanların sosial davranışına mənfi təsir edir. Artıq bu tendensiyanın qarşısı alınmalı, israfçılığa son qoyulmalıdır".

"Cərimələrin məbləği artırılmalıdır"

Ekspert hesab edir ki, problemin köklü həlli üçün cərimələrin məbləği də artırılmalıdır: "Hazırkı cərimələr çox aşağıdır. Sahibkar onu ödəyib rahatlıqla fəaliyyətinə davam edir. Əgər cərimə məbləği ən azı 5-10 min manat olsa, sahibkar məsuliyyəti dərk edəcək. O zaman filtr qurğularını vaxtında dəyişməkdə, havaya buraxılan tullantını azaltmaqda maraqlı olacaq. Təcrübə göstərir ki, bəzi hallarda maarifləndirmə kifayət etmir. Ən təsirli vasitə cəza tədbirlərinin sərtləşdirilməsidir. İnsan yalnız o zaman məsuliyyətini anlayır ki, qarşısında ciddi maliyyə itkisi durur. Əgər bu addımlar atılarsa, qısa müddətdə real nəticələr əldə etmək mümkündür".

Şəhər mərkəzində vəziyyət nəzarət altındadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyir ki, monitorinqlər sahibkarları daha məsuliyyətli olmağa vadar edir. Onun sözlərinə görə, 2018-ci ildən iri restoranlarda filtr qurğularının istifadəsi ciddi şəkildə nəzərə alınır. Mərkəzi ərazilərdə bu istiqamətdə vəziyyət artıq əhəmiyyətli dərəcədə yaxşılaşıb, tüstü və ətraf mühitə ziyan verən hallar minimuma enib. İri şadlıq evlərinin çoxu artıq tüstünü neytrallaşdıran qurğular quraşdırıb. Lakin şəhər kənarlarında və rayonlarda hələ də problemlər mövcuddur.

"Restoran sahibləri əlavə xərc çəkmək istəmirlər"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, bəzi sahibkarlıq subyektləri dövlətin onlara yaratdığı biznes mühitindən sui-istifadə edirlər: "Bu problem ölkədə illərdir yaşanır. Əlbəttə, vətəndaşlar şikayətlərində haqlıdırlar. Əslində tüstünün açıq havaya ötürülməsinin qarşısını almaq sadə bir işdir. Restoran və şadlıq evləri üçün nəzərdə tutulmuş böyük ölçülü aspiratorlar var. Restoran sahibləri bunları alıb quraşdırmalı, tüstünün, qoxunun ətrafa yayılmasının qarşısını almalıdırlar. Amma əksəriyyəti əlavə xərc çəkmək istəmir. "Tüstüdür də, havaya ötürüləndə nə olacaq?", - deyib məsuliyyətsiz davranış nümayiş etdirirlər. Zərər çəkən ətrafda yaşayan sakinlər və ümumilikdə ekoloji mühitdir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Sentyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri