Niderlanddan 7:0 lıq şou: Yunanıstan darmadağın edildi
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qrup mərhələsinin V turunda Niderland millisi doğma meydanda Yunanıstan yığmasını qəbul edib.
Redaktor.az xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 7:0 hesablı möhtəşəm qələbəsi ilə başa çatıb.
Xavi Ernandesin rəhbərlik etdiyi Niderland millisi oyuna sürətli başlayaraq ilk hissədə rəqib qapısından 5 top keçirib. Görüşün əsas qəhrəmanı isə cəmi 21 dəqiqə ərzində het-trik edən Ticani Reynders olub.
Qarşılaşmada hesabı 6-cı dəqiqədə Krisensio Sammervill açıb. 12-ci və 18-ci dəqiqələrdə Ticani Reynders fərqlənərək hesab arasındakı fərqi artırıb. 33-cü dəqiqədə daha bir qola imza atan Reynders het-trikini rəsmiləşdirib. İlk hissənin 40-cı dəqiqəsində Yurrien Timber hesabı 5:0-a çatdırıb.
İkinci hissədə də üstünlüyünü davam etdirən Niderland yığması 59-cu dəqiqədə Yurrien Timberin, 61-ci dəqiqədə isə Donyell Malenin qolları ilə yekun hesabı müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 11-ə çatdıran Niderland millisi qrup liderliyini möhkəmləndirib. Yunanıstan isə 8 xalla ikinci pillədə qalıb.
Qeyd edək ki, Niderland millisi qrup mərhələsinin son turunda noyabrın 16-da səfərdə Almaniya yığması ilə qarşılaşacaq.
Turan ASLAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Noyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















