Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb.
Turkustan.az xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparılan monitorinqlər nəticəsində ağaclar üzərində qanunsuz yerləşdirilmiş 267 reklam qurğusu müəyyən edilərək sökülüb.
Qeyd olunub ki, reklam qurğularının ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir.
ADRA vətəndaşları və sahibkarları yaşıllıqlara hörmətlə yanaşmağa çağırıb. Qanunvericiliyin tələblərinə zidd quraşdırılan reklam qurğularının müəyyənləşdirilməsi və sökülməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.
Qanun pozuntusuna görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər isə 5000-10 000 manat məbləğində cərimələnə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 08 Sentyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















