Icma.az
close
up
RU
Bu şəxslər HƏBS OLUNACAQ Yeni cəzalar GƏLİR

Bu şəxslər HƏBS OLUNACAQ Yeni cəzalar GƏLİR

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Tibbi xidmətin göstərilməsi qaydalarını pozmaya görə yeni cəzalar müəyyənləşir.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Cinatyət Məcəlləsinin 142-ci maddəsinin (Xəstəyə kömək göstərməmə) adının dəyişdirilərək “Tibbi xidmətin göstərilməsi qaydalarını pozma” kimi qeyd olunması təklif edilir.

Həmçinin layihəyə əsasən, qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsi, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsi, yaxud dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Həmin əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif olunur.

Həmçinin layihəyə əsasən yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda, qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar sərtləşdirilir.

Layihəyə əsasən, tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, həmin əməllər iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, bu əməllərə görə cərimə deyil, artıq yalnız azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə tətbiq olunacaq.

Bundan başqa, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına görə cərimə tətbiq ediləcək.

Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihələri I oxunuşda qəbul edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see121

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see119

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see116

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see115

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see114

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see113

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri