Icma.az
close
up
RU
Bu şəxslər hərbi xidmətə aparılmır

Bu şəxslər hərbi xidmətə aparılmır

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müəyyən kateqoriyalı vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən ya müvəqqəti möhlət, ya da tam azadolma hüququ əldə edir.

Avtosfer.az Metbuat.az-a istinadən bildirir ki, Azərbaycanda 18 yaşına çatmış kişi cinsli vətəndaşlar hərbi xidmətə çağırılır. 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliyi ilə çağırışın son yaş həddi 35-dən 30-a endirilib. Lakin qanunvericiliyə görə bu öhdəlikdən azad olmağın və ya çağırışın təxirə salınmasının bir neçə əsası mövcuddur.

Bəs kimlər hərbi xidmətə çağırılmır?

Təhsil əsasında möhlətə görə, bakalavr tələbələri 24 yaşı tamam olanadək, magistr tələbələri isə 26 yaşı tamam olanadək, xaricdə təhsil alanlar da daxil olmaqla əyani təhsil aldıqları müddətdə çağırışdan möhlət hüququ əldə edir. Son qanun dəyişiklikləri ilə magistratura səviyyəsində təhsil alan şəxslər üçün də yaş həddi dəqiqləşdirilərək 26 yaş müəyyən edilib. Rezidentura və doktorantura tələbələri təhsilini başa vuranadək möhlət hüququndan yararlanır. Doktorantura qəbul imtahanının birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə isə əlavə 3 aylıq möhlət verilir. Tam orta təhsilini başa vurmamış 20 yaşınadək vətəndaşlar da bu kateqoriyaya daxildir.

Ailə vəziyyətinə görə möhlət hüququ bir neçə halı əhatə edir: başqa övladı olmayan I qrup əlil valideynin yeganə övladı olan çağırışçılar, üç və daha çox uşağın atası olan şəxslər, I qrup əlil həyat yoldaşına qulluq edən kişilər, habelə 18 yaşınadək və ya I qrup əlil qardaş və ya bacısına baxan, onları saxlaya biləcək başqa ailə üzvü olmayan şəxslər bu hüquqdan yararlana bilərlər. Qanunun yenilənmiş redaksiyasına əsasən, ailə vəziyyətinə görə verilən möhlət 30 yaşadək qüvvədə qalır. Bu yaşa çatanadək möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad edilərək ehtiyata keçirilirlər.

Sağlamlıq vəziyyətinə görə tibbi müayinədə müvəqqəti yararsız hesab edilən şəxslərə hər dəfə bir ildən çox olmamaq şərtilə, ümumilikdə üç ilədək möhlət verilə bilər. Həm dinc, həm də müharibə dövründə hərbi xidmətə tam yararsız hesab olunan şəxslər isə hərbi qeydiyyatdan çıxarılır.

Tam azadolma hallarına gəlincə, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi almış şəxslər müddətli həqiqi hərbi xidmətdən azad edilirlər. Həmçinin Azərbaycan vətəndaşlığını qəbul edənədək başqa dövlətin qanunvericiliyinə uyğun hərbi xidmət keçmiş şəxslər də bu hüquqdan istifadə edə bilərlər. Ağır cinayət törətdiyinə görə müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər barəsində də çağırış tətbiq edilmir.

Qeyd edək ki, 2024-cü il 27 dekabr tarixli qanun dəyişikliklərindən sonra hərbi xidmətə çağırışla bağlı məsuliyyət mexanizmləri də dəqiqləşdirilib. Yeni tənzimləməyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, hərbi toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək çağırışdan boyun qaçırma hesab olunur. İlkin hallarda İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən isə qanuni əsas olmadan hərbi xidmətə çağırışdan boyun qaçıran şəxslər iki ilədək azadlıqdan məhrum edilə bilər. Eyni əməl müharibə dövründə törədildikdə cəza üç ildən altı ilədək azadlıqdan məhrumetmə təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri