Icma.az
close
up
RU
Bu şəxslər icbari tibbi sığortanı ödəməkdən azaddır SİYAHI

Bu şəxslər icbari tibbi sığortanı ödəməkdən azaddır SİYAHI

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycanda əhalinin sağlamlıq imkanlarının qorunması məqsədilə tətbiq edilən icbari tibbi sığorta sistemi vətəndaşların keyfiyyətli tibbi xidmətlərə bərabər çıxışını təmin etməyə yönəlib.
Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, sistem çərçivəsində həm işəgötürənlər, həm də işçilər aylıq sığorta haqları ödəyir, lakin qanunvericiliyə əsasən, bəzi şəxslər bu ödənişdən azaddır.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, digər hərbi qulluqçular, muzdla işləyən fiziki şəxslər, seçkili vəzifə tutan şəxslər, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunan vəzifəli şəxslər, həmçinin vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslər və mülki-hüquqi müqavilə əsasında işləyənlər icbari tibbi sığorta haqqı ödəyirlər.
Bununla belə, digər şəxslər - yəni bu kateqoriyaya daxil olmayanlar – sığorta haqqı ödəməkdən azaddır. Onların tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır.
Mövcud qaydalara əsasən, dövlət və neft sektoru, həmçinin qeyri-dövlət və qeyri-neft sektorunda fəaliyyət göstərən işəgötürənlər və işçilər üçün aylıq icbari tibbi sığorta haqqı əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı hissəsindən isə 0,5% nisbətində hesablanır.
Qanun həmçinin xarici vətəndaşların gəlirləri ilə bağlı xüsusi yanaşma müəyyənləşdirir.
Əgər əcnəbilər Azərbaycan mənbəyindən rəsmi gəlir əldə edirlərsə, onlardan da icbari tibbi sığorta haqqı tutulur. Əks halda, gəlir xaricdə formalaşırsa, bu ödənişdən azad olunurlar.
Beləliklə, icbari tibbi sığorta həm yerli, həm də ölkə daxilində gəlir əldə edən əcnəbiləri əhatə edir və sosial müdafiə sisteminin vacib tərkib hissəsi hesab olunur.
Qeyd edək ki, "Tibbi sığorta haqqında" qanuna təklif olunan son dəyişikliyə əsasən, "Məşğulluq haqqında" qanunda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edəcəklər.
Qeyri-formal məşğulluq Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" qanuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Noyabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri