Icma.az
close
up
RU
Bu şəxslər nəqliyyatdan güzəştli istifadə edə biləcək

Bu şəxslər nəqliyyatdan güzəştli istifadə edə biləcək

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

"“Sosial tərəfdaş” layihəsinin əsas məqsədi sosial yardım, təqaüd, pensiya və müavinət alan vətəndaşların sosial rifahını yaxşılaşdırmaq, onların gündəlik xərclərini idarə etmələrinə kömək etməkdir. Layihə çərçivəsində vətəndaşlar müxtəlif endirimlərdən və güzəştlərdən yararlana bilirlər". 
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, bu endirimlər mağaza, aptek, market, nəqliyyat və digər şirkətlərdə tətbiq olunur:
""Sosial tərəfdaş" layihəsinə qoşulan vətəndaşlar həm ərzaq və nəqliyyat, həm də dərman və tibbi xidmət sahələrində güzəştlərdən istifadə edə bilirlər. Onlar sosial ödənişlərini kart vasitəsilə alır və həmin kart endirimlərdən yararlanmağa imkan verir. Beləliklə, nağdsız əməliyyatlar zamanı sosial tərəfdaş güzəştləri avtomatik şəkildə aktivləşir. Layihənin əsas məqsədlərindən biri də şəffaflığı təmin etmək və dövlətlə özəl sektor arasında inteqrasiyanı gücləndirməkdir".
Ekspertin sözlərinə görə, bu təşəbbüs aztəminatlı və həssas təbəqələrin həyat şəraitini yaxşılaşdırmaq üçün icra olunur:
"2023-cü ildən etibarən layihədən neçə nəfərin yararlandığına dair rəsmi məlumat tam açıqlanmasa da, vətəndaşlara mütəmadi olaraq SMS vasitəsilə endirim və güzəştlər barədə məlumatlar göndərilir. Bu bildirişlər tərəfdaş mağaza, aptek və digər özəl şirkətlərin təkliflərini əhatə edir".
Ekspert bildirib ki, gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur:
"Xüsusilə böyük marketlər şəbəkələrinin layihəyə qoşulması planlaşdırılır. Bundan əlavə, nəqliyyatda güzəşt kartı kimi istifadə imkanlarının tətbiqi də müzakirə olunur. Gözlənilir ki, 2026-cı ildən etibarən dövlət səviyyəsində bu istiqamətdə qərar qəbul ediləcək və sosial tərəfdaş layihəsinə qoşulan aztəminatlı vətəndaşlar nəqliyyatdan da güzəştli şərtlərlə istifadə edə biləcəklər".
Qeyd edək ki, 2023-cü ildən Azərbaycanda pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan şəxslər üçün “Sosial tərəfdaş” adlı layihəyə start verilib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri