Icma.az
close
up
RU
Bu şəxslərə kredit verilmir SƏBƏB

Bu şəxslərə kredit verilmir SƏBƏB

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bankdan imtina alanların son sığınacağı BOKT-lar olsa da, bu, hər kəs üçün "yaşıl işıq" demək deyil. Son günlər BOKT-dan kredit götürənlərin bank qapısından əliboş qayıtması halları maliyyə sektorunda əsas müzakirə mövzusuna çevrilib. Bir çoxları bunu qanuni qadağa hesab etsə də, əslində məsələnin kökündə bankların daxili sirləri və risk analizləri dayanır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) əsas müştəri seqmentini adətən banklardan imtina almış şəxslər təşkil edir. 
"Bankların kreditdən imtina qərarı isə onların daxili kredit və risk siyasəti əsasında formalaşır. Bu zaman müştərinin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan məlumatları, gecikmələri, kredit tarixçəsi, digər banklar üzrə borc öhdəlikləri, həmçinin ödəniş davranışı və maliyyə intizamı nəzərə alınır. Bu meyarlara əsasən müştəriyə ya kredit verilir, ya da imtina olunur. Bəzi hallarda isə müştərinin ödəmə qabiliyyətini yoxlamaq məqsədilə ona daha kiçik məbləğdə “sınaq krediti” təqdim edilə bilər".
Ekspert bildirib ki, BOKT-lar isə əsasən banklardan imtina almış müştərilərə yönəlir, lakin onların kredit şərtləri banklarla müqayisədə daha sərt olur. 
"Bunun əsas səbəbi bu təşkilatların vəsaiti daha baha mənbələrdən cəlb etməsidir. Banklar vəsaiti Mərkəzi Bankdan, beynəlxalq təşkilatlardan və investisiya fondlarından daha aşağı faizlə əldə edə bildiyi halda, BOKT-lar bu imkanlara daha məhdud çıxışa malikdir və nəticədə kreditləri daha yüksək faizlə təqdim edirlər. Eyni zamanda, BOKT-dan kredit götürmək bankdan avtomatik imtina almaq demək deyil. Banklar üçün əsas meyar müştərinin ödəniş davranışıdır. Yəni fərqi yoxdur, şəxs krediti bankdan, BOKT-dan və ya lombarddan götürüb, əgər bu məlumat MKR-də qeydiyyata düşübsə, əsas diqqət onun öhdəliklərini necə yerinə yetirməsinə yönəlir. Müştərinin kredit tarixçəsi, gecikmələrinin olub-olmaması və ümumi skorinq göstəriciləri kredit qərarına birbaşa təsir edir".
Onun sözlərinə görə, bundan əlavə, kreditin verilməsinə təsir edən amillərdən biri də müştərinin iş yeridir. 
"Əgər şəxs kiçik, bazarda az tanınan və ya qeyri-sabit təşkilatda çalışırsa, bu, risk faktoru kimi qiymətləndirilə bilər və kreditdən imtinaya səbəb ola bilər. Böyük dövlət və ya iri özəl müəssisələrdə çalışan şəxslər isə adətən daha etibarlı hesab olunur və onların kredit alma şansı daha yüksək olur. Banklar bu baxımdan müxtəlif seqmentasiyalar tətbiq edir və müştərinin işlədiyi quruma, iş stajına və gəlir sabitliyinə görə fərqli məbləğlərdə kreditlər təklif edir. Bəzi hallarda isə daha kiçik məbləğlərlə başlanılır və müştəri müsbət tarixçə formalaşdırdıqdan sonra daha iri kreditlərə çıxış əldə edir. Ümumilikdə, qanunvericilikdə kreditin verilməsi və ya verilməməsi ilə bağlı birbaşa məhdudiyyətlər mövcud deyil. Bu məsələ əsasən bankların daxili risk, kredit və satış siyasəti ilə tənzimlənir. Əgər risklər qənaətbəxş hesab olunursa, kreditin verilməsi məqsədəuyğun sayılır, əks halda isə imtina qərarı qəbul edilir. Yəni kreditlə bağlı məhdudiyyətlər daha çox bankdaxili meyarlara əsaslanır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Aprel 2026 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri