Icma.az
close
up
RU
Bu şəxslərə verilən 200 manatla bağlı yeni detal 4 il sonra necə olacaq?

Bu şəxslərə verilən 200 manatla bağlı yeni detal 4 il sonra necə olacaq?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, oğlanların orta məktəbdə müəllim işləmək üçün ixtisas seçməsini təşviq etmək məqsədilə Bakı Slavyan Universiteti (BSU) yeni həvəsləndirici metod tətbiq edir. Belə ki, universitet oğlan tələbələr üçün müəllimlik ixtisaslarında xüsusi təqaüd proqramı elan edib. “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan və 450-dən yüksək bal toplayan oğlan tələbələrə aylıq 200 AZN təqaüd veriləcək. 

Maraqlıdır, bu tələbələr işləməyə başlayanda aldıqları maaş onları qane edəcəkmi? İxtisas seçib oxudular, aylıq 200 manat təqaüd aldılar, bəs universiteti bitirdikdən sonra həmin ixtisas üzrə işləməyə davam edəcəklərmi?

Globalinfo.az-a danışan təhsil üzrə ekspert Sona Əliyeva Bakı Slavyan Universitetinin oğlan tələbələr üçün müəllimlik ixtisaslarında xüsusi təqaüd proqramı elan etməsini maraqlı və vacib bir addım hesab edir.

Onun sözlərinə görə, təhsil sistemimizdə kişi müəllimlərin sayı azdır və bu, balanssızlıq siniflərdə psixoloji və sosial baxımdan müəyyən çatışmazlıqlar yaradır:

Həmçinin oxuyun:

Bu şəxslərə ayda 200 manat ödəniləcək – Azərbaycanda ilk yaşanır

“Ən azı bu, həm də təhsildə gender balansının pozulmasına qarşı atılmış cəsarətli addımdır. Amma gəlin reallığı da danmayaq. Hazırkı təşəbbüs təkcə başlanğıc olmalı deyil. Əgər həqiqətən kişi müəllimlərin sayını artırmaq istəyiriksə, bu addım davamlı dəstək mexanizmləri ilə müşayiət olunmalıdır. Sadəcə tələbə ikən verilən 200 manat təqaüdlə problem köklü şəkildə həll olunmayacaq. Bu, bir növ “motivasiya qığılcımıdır”, amma o qığılcımın alova çevrilməsi üçün ardıcıl və strateji tədbirlər görülməlidir”.

Sona Əliyeva oğlanların işlə təmin olunması məsələsində bir sıra nüanslara toxunub:

“Əvvəla, müəllim maaşları real həyat şərtlərinə uyğunlaşdırılmalı, artırılmalıdır. Gənc bir insan universiteti bitirib aylarla iş axtaracaqsa və ya aldığı maaşla ailə dolandıra bilməyəcəksə, o ixtisasa nə qədər bağlı olsa da, başqa sahəyə yönəlmək məcburiyyətində qalacaq. İkincisi, müəllim peşəsinin ictimai nüfuzu yüksəldilməlidir. Cəmiyyət müəllimi sadəcə dərs deyən biri kimi yox, gələcək nəsli formalaşdıran strateji fiqur kimi görməlidir. Bu, həm medianın yanaşmasında, həm ailələrin mövqeyində, həm də dövlət siyasətində öz əksini tapmalıdır. Üçüncüsü, məhz kişi müəllimlərə yönəlik xüsusi inkişaf proqramları və karyera dəstəyi sistemləri qurulmalıdır. Mentorluq imkanları, peşəkar inkişaf təlimləri, bölgələrdə müəllim kimi işləyənlər üçün güzəştlər və sair bütün bunlar kişilərin bu peşədə qalmasını və inkişaf etməsini təmin edə bilər. Əgər dediyim tədbirlər görülməzsə, çox təəssüf ki, bu gün verilən 200 manatlıq təqaüd sadəcə statistikaya əlavə olunan bir rəqəm, kağız üzərində müvəqqəti təşviq olaraq qalacaq. Halbuki bizə nəticə verən, sistemli, ardıcıl və insan yönümlü siyasət lazımdır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 İyul 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri