Bu şəxslərin pensiyası dayandırıla bilər
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Əlilliyə görə təyin olunan və dövlət tərəfindən verilən pensiya və müavinətlərin davam etməsi müəyyən şərtlərə bağlıdır. Bəs hansı halda əlilliyə görə verilən pensiya dayandırıla bilər?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, əlilliyə görə əmək pensiyası bir neçə halda dayandırıla bilər:
“İlk növbədə, növbəti tibbi-sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır. Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir”.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Dekabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















