Bu şəxslərin sürücülük vəsiqələri ETİBARSIZ SAYILACAQ Aprelin 1 dən ...
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Rusiyada yaşayan bəzi əcnəbilərin xarici sürücülük vəsiqələri aprelin 1-dən etibarsız sayılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “TASS”a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumat verilir ki, bu qərar Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi alınan tarixdən bir il keçən şəxslərə şamil ediləcək. Əks halda onların sürücülük vəsiqələri ölkədə qüvvəsini itirəcək.
Qanunvericiliyə əsasən həmin şəxslər sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.
Qeyd edilir ki, müddəti bitmiş vəsiqə ilə avtomobil idarə edən sürücülər 15 min rubla (bu günkü məzənnə ilə 263 manat) qədər cərimə ediləcək. Həmin şəxslər həmçinin lisenziyaları bərpa olunana qədər sürücülük hüququndan məhrum olunacaqlar.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 24 Yanvar 2025 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















