Icma.az
close
up
RU
“Bu, Şimali Atlantika Alyansının güc mərkəzinin Avropaya keçməsidir...”Ekspert

“Bu, Şimali Atlantika Alyansının güc mərkəzinin Avropaya keçməsidir...”Ekspert

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Amma hakimiyyət bir tək Trampdan ibarət deyil. Onun elə öz respublikaçılarının böyük əksəriyyəti, çətin ki, belə bir variantla razılaşsınlar...”

“ABŞ-nin hazırkı prezidenti Cozef Baydenlə yeni seçilmiş prezident Donald Tramp arasında Ukrayna ilə bağlı hər hansı bir anlaşma olması inandırıcı görünmür. O mənada inandırıcı görünmür ki, onların məsələyə yanaşmaları diametral ziddiyyət təşkil edir. Məsələn, Baydenin yanaşması ondan ibarətdir ki, müəyyən məhdudiyyətlərlə də olsa, Ukraynaya dəstək verilməlidir. Ona görə ki, Ukraynanın Rusiyaya müqaviməti faktiki olaraq NATO-nun - Şimali Atlantika Alyansının Rusiya ilə qarşıdurmasıdır və bu prosesdə hazırkı vəziyyətdə sülh mümkün deyil. Ona görə ki, sülh anlaşmasının Putin tərəfindən təklif edilən variantı qeyri-məqbuldur. Putin hesab edir ki, Rusiya ordusunun ilhaq edərək nəzarətdə saxladığı ərazilər bir yana, əlavə şərtlər də irəli sürməklə sülhə razılaşa bilər. Həmin şərtlər də nələrdir? Ukraynanın ordusu, az qala, olmamalıdır, Ukraynanın ağır silahları olmamalıdır, Ukrayna NATO-ya üzv qəbul edilməməlidir. Və s. Yəni bu şərtlərlə sülh sazişinin imzalanması qeyri-mümkündür. Hərçənd mən açığı, heç inanmıram ki, Tramp özü də belə bir sülhə gedə bilər. Ona görə yox ki, o bunu istəmir. Bəlkə də heç onun üçün əhəmiyyəti yoxdur. Bəlkə Rusiyaya o qədər sevgisi, Putinə o qədər rəğbəti var ki, Kremlin istənilən şərtini qəbul edər”.  

Bu fikirləri Moderator.az-a açıqlamasında “Trampla Bayden arasında Ukrayna ilə bağlı ciddi bir razılaşma olduğuna inanırsınızmı?” sualını cavablandırarkən ifadə edib. 

“Amma məsələ ondadır ki, Trampın Respublikaçılar Partiyasını təmsil etdiyini də unutmamalıyıq. Və respublikaçılar bu gün Konqresin hər iki palatasında: həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluq təşkil edir.  Digər tərəfdən, bu partiyanın üzvlərinin böyük əksəriyyəti Trampın respublikaçılar siyasətini bu vəziyyətə salmasından qəti şəkildə narazıdırlar. Yəni təslimçi siyasət yürütməsinin qəti əleyhinədirlər. Odur ki, Trampın istəməyindən asılı olmayaraq Ukrayna ilə bağlı hər hansı sülh sazişi, özəlliklə də Ukraynanın buna razı olmadığı halda ratifikasiya olunmaya bilər. Belə bir risk kifayət qədər yüksəkdir. Bu mənada nəzəri baxımdan, sözdə hansısa bir ortaq anlaşma əldə oluna bilər. Lakin eyni zamanda hər kəs onu da yaxşı anlayır ki, ortada bir sənəd yoxdursa, imzalanmış anlaşma yoxdursa, bu yalnız sözdə razılaşma ola bilər.  Yəni tərəflərin heç biri onun şərtlərinə əməl etməyə borclu deyil. Mən düşünürəm ki, ola bilsin, hansısa ümumi məsələlər üzrə razılaşma var, anlaşma var. Amma bunlar hamısı məsləhətləşmə səviyyəsindədir. Başqa tərəfdən, biz onu da görürük ki, Trampın hakimiyyətə gəlişi NATO-nun Avropadakı üzvlərinin adekvat reaksiyasını doğurur. Özəlliklə Böyük Britaniya, Fransa, hətta əvvəllər Ukrayna məsələsi ilə bağlı Rusiyaya loyal yanaşan Almaniya da indi eyni məsələdə xeyli dərəcədə radikallaşıblar. Bu isə nə deməkdir? Bu, Şimali Atlantika blokunun, yəni NATO-nun güc mərkəzinin Avropaya keçməsidir və sonrakı mərhələlərdə ABŞ-nin güc mərkəzi kimi əhəmiyyəti itirməsidir.  Tramp buna gedə bilərmi? Bəlkə də gedər. O, izolyasionist siyasət yürüdür. Amma bu, Birləşmiş Ştatlara nə verəcək? Axı hakimiyyət bir tək Trampdan ibarət deyil. Dediyim kimi, onun elə öz respublikaçılarının böyük əksəriyyəti, çətin ki, belə bir variantla razılaşsınlar. Odur ki, hətta nəzəri baxımdan hansısa bir anlaşma olsa belə, onun  heç bir dəyəri olmayacaq. Çünki heç kim ona riayət etməyəcək. Tramp ona riayət etməyəcək. Baydeni riayət etmək öhdəliyi belə yoxdur. Ona görə ki, təxminən iki aydan sonra hakimiyyəti təhvil verir və gedir. Bir sözlə, belə bir vəziyyətdə düşünmürəm ki, Trampla Bayden arasında Ukrayna arasında heç bir anlaşma mümkündür və ya olubdur. Bu, inandırıcı deyil. Üstəlik də, dediyim kimi, yanaşmalar diametral şəkildə ziddir”, - deyə davamında analitik bildirib.

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri