Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Kəlbəcər: qəhrəmanlıq tariximizin və Zəfərimizin təcəssümü

Kəlbəcər: qəhrəmanlıq tariximizin və Zəfərimizin təcəssümü

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və misilsiz təbii sərvətlərə malik bölgələrindən biri olan Kəlbəcər xalqımızın milli yaddaşında və dövlətçilik tarixində xüsusi yer tutur. Əzəmətli dağları, füsunkar təbiəti, mineral su ehtiyatları və qədim abidələri ilə seçilən bu diyar Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, minilliklərə söykənən mədəni irsimizin mühüm daşıyıcılarındandır.

25 Noyabr - Kəlbəcər Şəhəri Günü isə bu qədim yurdun tarixində yeni mərhələnin başlanğıcını, tarixi ədalətin bərpasını və dövlətimizin qüdrətini təcəssüm etdirir. Bu əlamətdar gün həm də doğma torpaqlarından uzun illər ayrı düşmüş kəlbəcərlilərin qayıdış arzusunun gerçəkləşməsinin rəmzidir.
Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər Kiçik Qafqazın yüksək dağlıq ərazisində yerləşir. Zəngin flora və faunası, meşələri, yaylaqları, çayları və mineral su mənbələri ilə seçilən rayon 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəlbəcərin tarixi əhəmiyyəti onun arxeoloji və memarlıq irsi ilə də təsdiqlənir. Ərazidə aşkar edilmiş qayaüstü təsvirlər, qədim yaşayış yerləri, kurqanlar, qəbir abidələri və alban dövrünə aid məbədlər burada həyatın minilliklər boyu davam etdiyini göstərir. Xüsusilə Xudavəng monastır kompleksi orta əsr alban-xristian memarlığının dəyərli nümunələrindəndir.
1993-cü il aprelin 2-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi bölgənin tarixində faciəli bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində dinc əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni abidələrə və təbii sərvətlərə ciddi ziyan vuruldu.
BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsində Kəlbəcərə hücumla bağlı narahatlıq ifadə edilmiş, işğalçı qüvvələrin rayondan və Azərbaycanın digər zəbt olunmuş ərazilərindən dərhal çıxarılması tələb olunmuşdur. Lakin Ermənistan uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamış, işğal dövründə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirmiş, tarixi toponimləri dəyişdirmiş, mədəni irsi mənimsəməyə və təbii sərvətləri qanunsuz istismar etməyə çalışmışdır.
Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasını əsas milli prioritet kimi müəyyənləşdirmiş, güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi tarixi Zəfərin möhkəm təməlini yaratmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə siyasi iradənin, hərbi gücün, strateji və taktiki planlaşdırmanın, diplomatik fəaliyyətin və xalq-ordu birliyinin uğurlu nəticəsi idi.
Kəlbəcərin azad edilməsi də bu hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri oldu. Rayonun mürəkkəb dağlıq relyefi və coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırırdı. Vətən müharibəsində yaranmış yeni reallıqlar və siyasi-diplomatik proseslərin düzgün idarə olunması Kəlbəcərin Azərbaycana qaytarılmasına şərait yaratdı.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 15-dək Azərbaycana qaytarılması nəzərdə tutulsa da, Ermənistan tərəfinin müraciəti ilə müddət noyabrın 25-dək uzadıldı. Azərbaycan humanist mövqe nümayiş etdirərək əlavə vaxt verilməsinə razılıq verdi. Lakin ərazini tərk edən ermənilərin evləri yandırması, ağacları kəsməsi və infrastrukturu dağıtması işğalçılıq siyasətinin vandalizm mahiyyətini bir daha üzə çıxardı.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə həmin günün Kəlbəcər Şəhəri Günü elan edilməsi tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Beləliklə, 25 noyabr dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi.
Azadlıqdan sonra Kəlbəcərin qarşısında duran əsas vəzifə dağıdılmış infrastrukturun bərpası, iqtisadi potensialının reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonda genişmiqyaslı quruculuq işlərinə başlanıldı.
Kəlbəcər şəhərinin inkişafı “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” əsasında həyata keçirilir. Sənədə uyğun olaraq, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 7 500 nəfərdən 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir yaşayış məhəllələrinin, təhsil və səhiyyə müəssisələrinin, mədəniyyət və idman obyektlərinin yaradılması şəhərin gələcək inkişafının əsas istiqamətləridir.
Şəhərdə 524 ailəlik yaşayış məhəlləsinin salınması bu prosesin mühüm layihələrindəndir. Rayonun kəndlərində də məskunlaşma üçün hazırlıq və tikinti işləri davam etdirilir. Yanşaq kəndində 421, Zallar kəndində 487, Zar kəndində isə 855 ailənin məskunlaşdırılması planlaşdırılıb. Bu layihələr müasir yaşayış şəraitinin yaradılmasına, sosial xidmətlərin əlçatanlığının təmin edilməsinə və məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edir.
Bərpa strategiyasının əsas tərkib hissələrindən biri də bölgənin əlçatanlığının artırılmasıdır. Bu baxımdan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu həm bölgənin iqtisadi inteqrasiyasını, həm turizm potensialını gücləndirəcək layihə kimi xüsusi əhəmiyyət kəsb edir.
Kəlbəcərin hidroenerji potensialından səmərəli istifadə məqsədilə kiçik su elektrik stansiyalarının tikintisi və bərpası, enerji infrastrukturunun yenilənməsi istiqamətində də işlər görülür. Bu layihələr bərpaolunan enerji istehsalının artırılmasına və bölgənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.
Rayonun ən qiymətli təbii sərvətlərindən olan İstisu mineral sularının iqtisadi dövriyyəyə qaytarılması da xüsusi əhəmiyyət daşıyır. “İstisu” Müalicə-İstirahət Kompleksinin və “İstisu” mineral su zavodunun yenidən qurulması sağlamlıq turizminin inkişafına, yerli istehsalın genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu layihələr Kəlbəcərin təbii sərvətlərinin ölkə iqtisadiyyatına daha səmərəli inteqrasiyasına töhfə verir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcərə səfərləri də bölgənin bərpasına verilən strateji əhəmiyyətin göstəricisidir. Dövlət başçısının 2023-cü il mayın 27-də və avqustun 25-də, 2024-cü il sentyabrın 2-də, 2025-ci il avqustun 21-də rayona səfərləri zamanı quruculuq layihələrinin icrası ilə tanış olunmuş, yeni obyektlərin təməli qoyulmuş, mühüm müəssisələr istifadəyə verilmişdir. 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində ilk yaşayış kompleksinin sakinlərinə mənzil açarlarının təqdim edilməsi Böyük Qayıdışın mühüm hadisələrindən biri olmuşdur.
2025-ci il avqustun 20-dən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması illərlə doğma yurd həsrəti ilə yaşayan insanların arzusunun gerçəkləşməsi deməkdir. Bu qayıdış ailə yaddaşının, milli-mənəvi dəyərlərin və tarixi varisliyin yenidən canlanmasını ifadə edir.
Bu gün Kəlbəcərdə aparılan quruculuq işləri Azərbaycanın tarixi Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Müasir şəhərsalma, yaşıl enerji, ekoloji tarazlıq və dayanıqlı iqtisadi inkişaf prinsipləri əsasında həyata keçirilən layihələr bölgənin gələcəyi üçün möhkəm təməl yaradır.
25 Noyabr - Kəlbəcər Şəhəri Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının, xalqımızın birliyinin və dövlətimizin sarsılmaz iradəsinin ifadəsidir. Kəlbəcər bu gün işğalın deyil, azadlığın, dağıntının deyil, quruculuğun, ayrılığın deyil, qayıdışın rəmzidir. Qədim diyarın yenidən dirçəlməsi Azərbaycanın qüdrətinin, xalqımızın Vətən sevgisinin və tarixi ədalətin təntənəsinin parlaq təcəssümüdür.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri