Icma.az
close
up
RU
Bu şirkətin arxasında kim dayanır? Qazaxda milyonluq tenderlərin pərdəarxası / Ümummilli liderin adını daşıyan parkda tikilən YDM nin sahibi ilə nə əlaqəsi var?

Bu şirkətin arxasında kim dayanır? Qazaxda milyonluq tenderlərin pərdəarxası / Ümummilli liderin adını daşıyan parkda tikilən YDM nin sahibi ilə nə əlaqəsi var?

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazax Rayon İcra Hakimiyyəti və tabeliyində olan qurumlar son illərdə dövlət satınalmaları ilə diqqət çəkir.

Ən maraqlı məqam isə eyni şirkətin – “Azərtranss” MMC-nin təkrar-təkrar milyonluq tenderlərin qalibi olmasıdır.

Tenderlərin təkrarlanan qalibi

Hurriyyet.Az 32gun.az-a istinadla xəbər verir ki, ötən ilin iyulundan bu günə qədər “Azərtranss” MMC Qazax rayonunda müxtəlif təmir-tikinti işləri üzrə 5 müqavilə imzalayıb. Onların ümumi məbləği 3,089 milyon manat təşkil edir. Maraqlıdır ki, bu tenderlərin bəziləri “açıq”, bəziləri isə “bir mənbədən” satınalma üsulu ilə həyata keçirilib.

Yalnız son bir ildə şirkət Qazax şəhərində yolların əsaslı təmiri, magistral yol kənarında hasarların tikintisi, dam örtüklərinin bərpası kimi iri həcmli sifarişləri icra etməyə götürüb.

Nizamnamə kapitalı – cəmi 20 manat

Milyonlarla manatlıq layihələr qazanan şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı isə Qazax şəhərində sadə bir yaşayış ünvanıdır – Heydər Əliyev küçəsi, 58/5.

Qanuni təmsilçi dəfələrlə dəyişdirilib: əvvəlcə Mustafayev Xəlil Xaliddin oğlu, sonra Adil Qasımov Məmməd oğlu, daha sonra yenidən Mustafayev, nəhayət isə Qasımov. Bu dəyişikliklər şirkətin real sahibliyi ilə bağlı suallar doğurur.

Kölgədəki şəxs – Mədət Səttarov

Məlumatlara görə, “Azərtranss”ın əsas dayaqlarından biri keçmiş dəmiryolu rəsmisi, vaxtilə “Azərbaycan Dəmir Yolları” QSC-də vəzifə tutmuş Mədət Səttarov Mühid oğludur. İddialara görə, məhz onun əlaqələri nəticəsində şirkət Qazax tenderlərinin daimi qalibinə çevrilib.

Mədət Səttarov Qazax” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin üzvüdür.

Qardaş biznesi və təhlükəli YDM

Mədət Səttarovun qardaşı Elşən Səttarov isə Qazaxda sahibkar kimi tanınır. Onun parkın arxa girişində – insanların sıx toplaşdığı məkanda açdığı yanacaqdoldurma məntəqəsi illərdir fəaliyyət göstərir.

Ekspertlərin fikrincə, belə obyektlər yaşayış məntəqələrindən və ictimai parklardan kənarda olmalıdır. Lakin bu YDM məhz parka gələn insanların oturduğu məkanın düz arxasında işləyir. Bu fakt “təhlükəsizlik qaydaları niyə gözardı olunur?” sualını doğurur.

Üstəlik, Elşən Səttarovun Qazax kəndlərindən birində zavod fəaliyyət göstərir.

Nəticə

Tenderlərin təkrar-təkrar eyni şirkətə verilməsi, şirkətin formal kapitalı ilə müqayisədə aldığı iri sifarişlər və Səttarov qardaşlarının biznes əlaqələri Qazaxda dövlət vəsaitlərinin xərclənməsində ciddi suallar doğurur. Faktlar göstərir ki, rayonun iqtisadi həyatında qərarları dar bir çevrə müəyyənləşdirir.

Xatırladaq ki, Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Akif Vəliyev Sozalı oğludur.

Ayaz 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Sentyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri