Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Bu, siyasi riyakarlığın növbəti nümunəsidir

Bu, siyasi riyakarlığın növbəti nümunəsidir

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyevin “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davam etdirən dairələrə ciddi mesajdır. Bu baxımdan Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsinin Azərbaycan üçün kağız parçasından başqa bir şey olmadığı reallıqdır. Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrin hər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmin dövlətlərin, dairələrin özlərinə “sirr” olsa da ədaləti, beynəlxalq hüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərə söykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir. Bu qətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildə bəlli olur. Dünyanın 200-ə yaxın ölkəsindən 70 mindən artıq iştirakçını əhatə edən COP29 tədbiri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq salır. Bunu həm dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən COP29-un Liderlər Sammiti, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti, həm də tədbir çərçivəsində panel iclaslarda səsləndirilən fikirlər, iştirakçıların Azərbaycanla bağlı rəyləri təsdiqləyir. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən Bəyannamələr gələcək fəaliyyətin konturlarını təqdim edir, həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərn həllində hansı potensial imkana malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu. Təbii ki, bunları qeyd etməklə dünya miqyasında demək olar ki, siyasi çəkiyə malik olmayan Lüksemburqun Deputatlar Palatasının qəbul etdiyi qətnaməsinin nə qədər qərəzli, siyasi riyakarlığın növbəti nümunəsi olduğu təsdiqlənir. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentinin qətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırır ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti ilə uğurlarının davamlılığını təmin edir.

Millət vəkili Milli Məclisin də Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıraraq qeyd edib ki, həmin münasibətdə bu sənəd qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib. Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Vüqar Rəhimzadə qətnamədə əksini tapan qərəzli fikirlərin reallıqdan uzaq olduğunu önə çəkərək onu da əlavə edib ki, bugünədək edilən belə cəhdlərin hər biri Azərbaycanın reallıqları qarşısında puç olub. Həqiqətlərə ədalət gözü ilə baxmaq zamanı çoxdan çatsa da hələ də bəzi dünya dövlətləri ədaləti maraqlarına qurban verərərək yalan, qərəzli informasiyaları gündəmdə saxlamaqla nəyəsə nail olacaqlarını düşünürlər. Belə qərəzli qətnamələr heç vaxt Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın artan beynəlxalq nüfuzu göz qabağındadır. Yeni dövrün reallıqları əsasında inamla irəli doğru inamla addımlayan dövlətimizin uğurları davamlıdır. Həmin qətnamədə əsassız, qondarma “siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi də Lüksemburq parlamentinin cızılan ssenarilərin icrasında “fəal” iştirakını təsdiqləyir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur. Lüksemburqun ayrı-ayrı səviyyələrdə ölkəmizə qarşı qərəzli bəyanatlarla çıxış etməsi artıq məlum olan olaylardandır. Prezident İlham Əliyevin “Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikri bu ölkənin dünya siyasətində yerinin aydın mənzərəsini yaradır. Azərbaycan kimi güclü, qüdrətli, qalib, bütövləşən, tarixi ədaləti özü bərpa edən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edən bir ölkənin nüfuzuna xələl gətirmək üçün edilən bu cəhdlər heç zaman həmin ölkələrə baş ucalığı gətirə bilməz. Əməkdaşlığa çağırışların daha da dərinləşdiyi və yeni imkanların yarandığı bir vaxtda Luksemburqun və onun arxasında dayanan dairələrin cızılan ssenarilərin oyunçuları olması qarşılıqlı etimad mühitini öz maraqlarına görə sıfıra endirdiklərini təsdiqləyir. Həmin dövlətlər belə qətnamələrin Azərbaycan üçün heç bir mahiyyət kəsb etmədiyinin, yeni hədəflərə doğru daim inamla addımladığının şahididirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri