Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Lüksemburq Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ŞƏRH AZƏRTAC

Lüksemburq Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davam etdirən dairələrə ciddi mesajdır. Bu baxımdan Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsinin Azərbaycan üçün kağız parçasından başqa bir şey olmadığı reallıqdır. Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrin hər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmin dövlətlərin, dairələrin özlərinə “sirr” olsa da, ədaləti, beynəlxalq hüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərə söykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir. Bu qətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildə bəlli olur. Dünyanın 200-ə yaxın ölkəsindən 70 mindən artıq iştirakçını əhatə edən COP29 tədbiri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq salır. Bunu həm dövlətimizin başçısının iştirakı ilə keçirilən COP29-un Liderlər Sammiti, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti, həm də tədbir çərçivəsində panel iclaslarda səsləndirilən fikirlər, iştirakçıların Azərbaycanla bağlı rəyləri təsdiqləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat vurğulayıb ki, hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən bəyannamələr gələcək fəaliyyətin konturlarını müəyyənləşdirir, həm ev sahibi, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərin həllində hansı potensial imkanlara malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu. Təbii, bunları qeyd etməklə dünya miqyasında demək olar ki, siyasi çəkiyə malik olmayan Lüksemburqun Deputatlar Palatasının qəbul etdiyi qətnaməsinin nə qədər qərəzli, siyasi riyakarlığın növbəti nümunəsi olduğu təsdiqlənir.

V.Rəhimzadə deyib: “Prezident İlham Əliyev COP29-dakə sammitlərdə çıxışlarında dünyanın bəzi güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə toxunaraq bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentinin qətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırır ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti ilə uğurlarının davamlılığını təmin edir.

Milli Məclisin də Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıran deputat xatırladıb ki, həmin açıqlamada bu sənəd qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib.

Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Qətnamədə əksini tapan qərəzli fikirlərin reallıqdan uzaq olduğunu önə çəkən V.Rəhimzadə əlavə edib: “Bu günədək göstərilən belə cəhdlərin hər biri Azərbaycanın reallıqları qarşısında puç olub. Həqiqətlərə ədalət gözü ilə baxmaq zamanı çoxdan çatsa da, bəzi dünya dövlətləri hələ də ədaləti maraqlarına qurban verərək yalan, qərəzli informasiyaları gündəmdə saxlamaqla nəyəsə nail olacaqlarını düşünürlər. Belə qərəzli qətnamələr heç vaxt Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın artan beynəlxalq nüfuzu göz qabağındadır. Yeni dövrün reallıqları əsasında inamla irəli doğru inamla addımlayan dövlətimizin uğurları davamlıdır. Həmin qətnamədə əsassız, qondarma “siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi də Lüksemburq parlamentinin cızılan ssenarilərin icrasında “fəal” iştirakını təsdiqləyir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur. Lüksemburqun ayrı-ayrı səviyyələrdə ölkəmizə qarşı qərəzli bəyanatlarla çıxış etməsi artıq məlum olaylardandır”.

Prezident İlham Əliyevin “Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikrinin bu ölkənin dünya siyasətində yerinin aydın mənzərəsini yaratdığını söyləyən deputat bildirib ki, Azərbaycan kimi güclü, qüdrətli, qalib, bütövləşmiş, tarixi ədaləti özü bərpa etmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü yerinə yetirmiş bir ölkənin nüfuzuna xələl gətirmək üçün edilən bu cəhdlər heç zaman həmin ölkələrə başucalığı gətirə bilməz. Əməkdaşlığa çağırışların daha da dərinləşdiyi və yeni imkanların yarandığı bir vaxtda Lüksemburqun və onun arxasında dayanan dairələrin cızılan ssenarilərin oyunçuları olması qarşılıqlı etimad mühitini öz maraqlarına görə sıfıra endirdiklərini təsdiqləyir. Həmin dövlətlər belə qətnamələrin Azərbaycan üçün heç bir mahiyyət kəsb etmədiyinin, yeni hədəflərə doğru daim inamla addımladığının şahididirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see477

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see381

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see377

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see338

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see319

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see292

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see289

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see284

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see202

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see152

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri