Icma.az
close
up
RU
Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir

Lüksemburqun Deputatlar Palatasının qətnaməsi siyasi riyakarlığın növbəti nümunəsidir

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət başçısı İlham Əliyevin “Bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirləri ölkəmizin uğurlarını həzm edə bilməyən, qarayaxma kampaniyalarını davam etdirən dairələrə ciddi mesajdır. Bu baxımdan Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli və yalan dolu qətnaməsinin Azərbaycan üçün kağız parçasından başqa bir şey olmadığı reallıqdır. Ölkəmizə qarşı qəbul edilən belə qərəzli qətnamələrin hər birinin arxasında dayanan maraqların nədən ibarət olduğu həmin dövlətlərin, dairələrin özlərinə “sirr” olsa da ədaləti, beynəlxalq hüququ dəstəkləyən və xarici siyasətini məhz bu prinsiplərə söykənərək həyata keçirən Azərbaycana çox yaxşı bəllidir. Bu qətnamənin qəbul edildiyi vaxta diqqət yetirəndə məqsəd tam şəkildə bəlli olur. Dünyanın 200-ə yaxın ölkəsindən 70 mindən artıq iştirakçını əhatə edən COP29 tədbiri Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və roluna bir daha işıq salır. Bunu həm dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən COP29-un Liderlər Sammiti, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti, həm də tədbir çərçivəsində panel iclaslarda səsləndirilən fikirlər, iştirakçıların Azərbaycanla bağlı rəyləri təsdiqləyir. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin sonunda qəbul edilən Bəyannamələr gələcək fəaliyyətin konturlarını təqdim edir, həm ev sahibliyi edən, həm də iştirakçı ölkələrin gündəmə gətirilən məsələlərn həllində hansı potensial imkana malik olduqlarını nümayiş etdirir. Bu baxımdan COP29 iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın töhfələrinin, eyni zamanda, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin uğurlarının təqdimatı üçün növbəti tribuna oldu. Təbii ki, bunları qeyd etməklə dünya miqyasında demək olar ki, siyasi çəkiyə malik olmayan Lüksemburqun Deputatlar Palatasının qəbul etdiyi qətnaməsinin nə qədər qərəzli, siyasi riyakarlığın növbəti nümunəsi olduğu təsdiqlənir.Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev COP29 Liderlər Sammitində, eyni zamanda, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs edərək bu məqamı xüsusi qeyd etdi ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Lüksemburq parlamentinin qətnaməsi də ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir. Azərbaycan ən yüksək tribunalardan bu reallığı çatdırır ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanına malik deyil. Heç bir qüvvə Azərbaycanla diktat dili ilə danışa bilməz. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasəti ilə uğurlarının davamlılığını təmin edir.Millət vəkili Milli Məclisin də Lüksemburq Deputatlar Palatasının qətnaməsinə münasibət bildirdiyini diqqətə çatdıraraq qeyd edib ki, həmin münasibətdə bu sənəd qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirilib, ölkəmizi hədəf alan əsassız iddia və ittihamlar qətiyyətlə rədd edilib. Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyil. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan heç bir ölkənin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.Vüqar Rəhimzadə qətnamədə əksini tapan qərəzli fikirlərin reallıqdan uzaq olduğunu önə çəkərək onu da əlavə edib ki, bugünədək edilən belə cəhdlərin hər biri Azərbaycanın reallıqları qarşısında puç olub. Həqiqətlərə ədalət gözü ilə baxmaq zamanı çoxdan çatsa da hələ də bəzi dünya dövlətləri ədaləti maraqlarına qurban verərərək yalan, qərəzli informasiyaları gündəmdə saxlamaqla nəyəsə nail olacaqlarını düşünürlər. Belə qərəzli qətnamələr heç vaxt Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın artan beynəlxalq nüfuzu göz qabağındadır. Yeni dövrün reallıqları əsasında inamla irəli doğru inamla addımlayan dövlətimizin uğurları davamlıdır. Həmin qətnamədə əsassız, qondarma “siyasi məhbus” məsələsinin gündəmə gətirilməsi də Lüksemburq parlamentinin cızılan ssenarilərin icrasında “fəal” iştirakını təsdiqləyir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur. Lüksemburqun ayrı-ayrı səviyyələrdə ölkəmizə qarşı qərəzli bəyanatlarla çıxış etməsi artıq məlum olan olaylardandır. Prezident İlham Əliyevin “Bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir” fikri bu ölkənin dünya siyasətində yerinin aydın mənzərəsini yaradır. Azərbaycan kimi güclü, qüdrətli, qalib, bütövləşən, tarixi ədaləti özü bərpa edən, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edən bir ölkənin nüfuzuna xələl gətirmək üçün edilən bu cəhdlər heç zaman həmin ölkələrə baş ucalığı gətirə bilməz. Əməkdaşlığa çağırışların daha da dərinləşdiyi və yeni imkanların yarandığı bir vaxtda Luksemburqun və onun arxasında dayanan dairələrin cızılan ssenarilərin oyunçuları olması qarşılıqlı etimad mühitini öz maraqlarına görə sıfıra endirdiklərini təsdiqləyir. Həmin dövlətlər belə qətnamələrin Azərbaycan üçün heç bir mahiyyət kəsb etmədiyinin, yeni hədəflərə doğru daim inamla addımladığının şahididirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see142

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see132

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see126

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri