Bu, şok əlamətidir və təcili tibbi yardıma müraciət edilməlidir” Rəy
525.az saytına istinadən Icma.az xəbər verir.
"Müasir qida istehsalında istifadə olunan sintetik qatqı maddələri, emulqatorlar, konservantlar və gizli şəkərlər mədə-bağırsaq mikrobiotasının təbii balansını pozur. Mikrobiotanın zəifləməsi isə immunitet sisteminin qida zülallarına qarşı həssaslığını artırır. Həddindən artıq steril mühitdə böyüyən yeni nəsillərin immunitet sistemi yad mikroorqanizmlərlə az təmasda olur. Nəticədə immun sistemi zərərsiz qida zülallarını patogen kimi qəbul edərək aşırı reaksiya verir. Həmçinin ekoloji çirklənmə, xroniki stres və antibiotiklərin lazım oldu-olmadı istifadəsi bir sıra problemlərə gətirib çıxarır".
Qida eksperti Asim Vəliyev bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, allergen həssaslığı olan şəxslər üçün çarpaz çirklənmə ciddi riskdir. Allergen ehtiva edən məhsulları doğrama lövhələri və bıçaqlar vasitəsilə digər qidalara bulaşdırmaq olmaz. Satın aldığımız hər bir işlənmiş qidanın etiketində tərkib hissəsini mütləq oxumalıyıq. Standartlara əsasən, əsas 14 allergendən olan süd, yumurta, qlüten, fındıq-qoz, soya, balıq, xərçəngkimilər və digərləri etiketdə tünd şriftlə göstərilməlidir:
"Əgər qida qəbul etdikdən sonra boğazda daralma, nəfəs darlığı, dilin, ya dodaqların şişməsi, təzyiqin kəskin düşməsi kimi hallarla qarşılaşsaq, bu şok əlamətidir və təcili tibbi yardıma müraciət etməliyik”.
Sevinc Qarayeva
Baxış sayı:120
Bu xəbər 25 Avqust 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















