Icma.az
close
up
RU
Bu sözə görə ər arvadını və qohumlarını bıçaqladı TƏFƏRRÜAT

Bu sözə görə ər arvadını və qohumlarını bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda Emil həyat yoldaşı Elnarəni, baldızı Gülarəni və onların nənəsi Xumarı (adlar şərti verilib – red.) bıçaqlayıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, Emil 2024-cü il mayın 16-da rəsmi nikah münasibətində olduğu arvadı Elnarə ilə telefonla əlaqə saxlayıb və ondan qonaq getdiyi anasıgildən evə qayıtmasını tələb edib.

Elnarə onunla birgə yaşamaqdan imtina edib və ayrılmaq istədiyini bildirib. Emil qisas niyyəti ilə arvadını öldürmək qərarına gəlib.

Mayın 17-də saat 17 radələrində qayınanasının yaşadığı ünvana yollanıb, aqressiv şəkildə arvadını çölə səsləyib. Emilin əsəbi vəziyyətdə bacısına nəsə edəcəyindən ehtiyatlanan Gülarə nənəsi Xumarı çağırıb. Xumar Emildən səs-küy salmamağı, buradan getməyi tələb edib.

Emil mübahisə zamanı qəflətən Xumarın sifətinə yumruq vurub. Qonşuları köməyə çağırmaqdan ötrü həyətə qaçan baldızı Gülarənin arxasınca düşüb, onun boynundan tutub və bıçaqla ona zərbələr endirib. Daha sonra arvadı Elnarənin üstünə hücum çəkib, onu yerə yıxıb, əlindəki bıçaqla onu başını kəsəcəyi ilə hədələyib.

Emil hər üç nəfərə bıçaqla xəsarət yetirib. Yaralılara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma), 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qəsdən sağlamlığa ağır zərər vurma) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

“Qaçırdığım zaman 17 yaşı vardı”

İş üzrə ifadə verən Emil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, orta təhsilini Ağcabədi rayonunun kəndində alıb:

“Səhhətimdə problem olması səbəbindən hərbi xidmətə aparılmadım. Təxminən 2-3 il əvvəl işləmək üçün Bakı şəhərinə köçdüm və müxtəlif ünvanlarda kirayədə yaşadım. Tikinti sahələrində fəhləlik edirdim. Son dövrlərdə xalam oğlunun Məmmədli kəndində icarəyə götürdüyü fermada heyvanlara baxırdım.

Elnarə ilə təxminən 3 il bundan əvvəl onun təhsil aldığı məktəbdə tanış oldum. Həmin dövrdə Sabunçu qəsəbəsində yaşayırdım, Elnarəni də orada gördüm. Ailə üzvlərinin onu başqa bir oğlana ərə vermək istədiklərini eşitdim və bir il sonra onu qaçırdım. Qaçırdığım zaman Elnarənin 17 yaşı vardı. Buna görə də rəsmi nikaha bir il sonra daxil olduq”.

“Arvadımla mehriban yaşayırdıq”

Təqsirləndirilən şəxs qeyd edib ki, Elnarə ilə nikahından 2023-cü il təvəllüdlü oğlu dünyaya gəlib: “Ailəli olduğumuz müddətdə mən fəhləliklə məşğul olurdum, Elnarə isə heç bir yerdə işləmirdi. Münasibətlərimiz daim yaxşı olurdu. Bir-birimizi sevərək ailə qurduğumuz üçün dava eləmirdik.

Hər bir ailədə olduğu kimi bizdə də mübahisələr olurdu, amma sonradan münasibətlərimiz qaydasına düşürdü. Bu illər ərzində Elnarəni döyməmişəm, ona əzab-işgəncə verməmişəm.

Elnarənin ailəsi ilə də aramızda ədavət olmayıb. Bacısı Gülarə, nənələri Xumarla normal münasibət saxlamışıq.

Oğlum Həsənin ayağında problem olduğu üçün qərara gəldim ki, evə həkim çağırım. Lakin Elnarənin nənəsi bildirdi ki, xəstəxana onların evlərinin yanında yerləşir, buna görə təklif etdi ki, uşağı onlara gətirsinlər, özü onu həkimə aparacaq. Mən razılıq verdikdən sonra, mayın 15-də arvadım və oğlumu onların evlərinə gətirdim. Belə danışdıq ki, uşağı Elnarənin nənəsi özü həkimə aparıb-gətirəcək, arvadım isə evə qayıdacaq”.

Emilin sözlərinə görə, mayın 16-da işdən yorğun evə qayıdıb: “Özümə yemək hazırlamaq bacarığım olmadığı üçün arvadıma zəng vurdum, hansı səbəb görə evə qayıtmadığını soruşdum. Elnarə isə nənəsinə kömək etmək üçün orada qaldığını bildirdi. Aramızda mübahisə oldu.

Mübahisə zamanı Elnarə mənim atam kimi narkotik vasitələrdən istifadə edəcəyimi, buna görə məndən ayrılacağını bildirdi. Əsəbləşdim, onun və ailəsinin ünvanına söyüşlər işlətdim. Evə qayıdanda onun burnunu sındıracağımı dedim”.

“Məndən yaxşı oğlana ərə verəcəyini dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, mayın 17-də saat 16 radələrində evdən çıxıb və arvadı Elnarənin ailəsinin evinə gedib: “Ora çatanda məni arvadımın nənəsi qarşıladı. Ondan Elnarəni soruşdum, yatdığını bildirdi. Tapşırdım ki, arvadıma gəldiyimi xəbər versin, hazırlaşsın, birlikdə evə qayıdaq. Həmin vaxtı sakit idim, hər hansı mübahisəmiz olmadı.

Bir qədər keçmiş arvadımın ana nənəsi Xumar gəldi, bizi boşatdıracağını, Elnarəni məndən də yaxşı bir oğlana ərə verəcəyini dedi. Xumarın bu sözlərindən sonra əsəblərim pozuldu. Onunla mübahisə etməyə başladım.

Elnarə ünvanıma nalayiq söyüşlər işlətdiyi üçün onun sifət nahiyəsindən yumruqla zərbə vurdum. Sonra əsəblərimə hakim ola bilmədim, cibimdə saxladığım bıçağı çıxararaq məlum hadisəni törədim. Dəqiq kimə və hansı şəraitdə bıçaq xəsarətləri yetirməyimi xatırlamıram”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Emil apellyasiya şikayəti verib. O, elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin çıxarılmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, ədalətli cəza təyin edilməsini, əks halda cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti edilib. İş araşdırılması üçün Ali Məhkəmənin hakimi Zaur Hüseynovun icraatına verilib. Yaxın günlərdə şikayət araşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Fevral 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri