Kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma qeydə alınıb. “Bitcoin” növbəti dəfə 74 min dollardan aşağı ticarət edilib.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,08% azalaraq 73 699,72 ABŞ dollarına enib. Son 7 gündə isə qiymət 8,30% geriləyib.
“Ethereum”un qiyməti 0,62% azalaraq 2 051,50 dollara, BNB-nin qiyməti 0,76% geriləyərək 677,69 dollara düşüb. “Zcash”ın qiyməti isə 3,93% azalaraq 985,49 dollara enib. Bu kriptovalyutanın son bir həftədə qiymət itkisi 25,01% təşkil edib.
“Bitcoin Cash”in qiyməti 0,18% azalaraq 230,01 dollara, “Bittensor”un qiyməti 2,39% geriləyərək 215,11 dollara düşüb. “Quant”ın qiyməti isə 8,99% azalaraq 164,95 dollar təşkil edib.
Bununla yanaşı, “Monero”nun qiyməti 1,45% artaraq 573,31 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda da azalma qeydə alınıb. “PAX Gold”un (PAXG) qiyməti 1,68% azalaraq 3 970,43 dollara, “Tether Gold”un (XAUT) qiyməti isə 1,61% geriləyərək 3 969,74 dollara düşüb.
“CoinMarketCap 20” indeksi son 24 saatda 0,23% azalaraq 147,15 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması təxminən 1,48 trln. dollar səviyyəsindədir.
Analitiklərə görə, kriptovalyuta bazarında davam edən zəif dinamika investorların riskli aktivlərə münasibətdə ehtiyatlı mövqe tutması və satış təzyiqinin qalması ilə əlaqəli ola bilər. Xüsusilə son bir həftədə əsas kriptovalyutaların qiymətində qeydə alınan ciddi azalma bazarda bərpa prosesinin hələlik zəif olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 Noyabr 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















