Dərhal Ukraynaya qoşun göndərilməlidir Rasmussen
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya və Fransa dərhal Ukraynaya qoşun göndərməlidir.
Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi və Danimarkanın sabiq baş naziri Anders Foq Rasmussen deyib.
Rasmussen Avropanın iki nüvə dövlətini Kreml sülh danışıqlarını uzatdığı bir vaxtda gözləmə mövqeyində qalmaqda ittiham edib:
“Son bir neçə ay ərzində Fransa və Böyük Britaniya könüllülər koalisiyası yaratmağa çalışırdı. Lakin indi bu, daha çox gözləyənlər koalisiyasına çevrilib. Biz bunu fəaliyyət göstərən koalisiyaya çevirməli, Ukraynaya qoşun göndərməliyik. Sülh sazişini gözləmək olmaz. Əksinə, Putinə açıq şəkildə bildirməliyik ki, o, bizi çəkindirə bilməz və biz ukraynalılara kritik infrastrukturunu hücumlardan qorumaqda kömək edəcəyik”.
Rasmussen həmçinin Almaniya, İspaniya və Yunanıstanı “Patriot” hava hücumundan müdafiə sistemləri üçün malik olduqları bütün raket-mühafizə ehtiyatlarını Ukraynaya verməyə çağırıb. Bununla yanaşı, o, Ukraynanın müdafiəsini gücləndirmək üçün NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemlərinin ölkənin qərb bölgələrinə qədər genişləndirilməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Noyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















