Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

“Bu, sülhə deyil, ziddiyyətə xidmət edən yanaşmadır”

“Bu, sülhə deyil, ziddiyyətə xidmət edən yanaşmadır”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Cənubi Qafqazda güc balansının sürətlə dəyişdiyi bir mərhələdə Avropa İttifaqının (Aİ) regiona dair uzunmüddətli strategiyasının olmaması yenidən ciddi müzakirə mövzusuna çevrilib. ABŞ-nin yeni maliyyələşdirilən təşəbbüslərlə bölgədə təsir imkanlarını artırmağa çalışdığı, Ermənistanın həm Rusiya, həm də İranla münasibətlərində gərginlik yaşadığı, Azərbaycan isə sülh prosesinin irəliləməsi üçün real layihələr təklif etdiyi bir vaxtda Aİ-nin təqdim etdiyi sənəd gözləntilərə cavab vermir. Sənəddə həm Azərbaycan–Aİ əməkdaşlığı ilə ziddiyyət təşkil edən müddəalar, həm də artıq siyasi və hüquqi baxımdan tarixə qovuşmuş məsələlərin yenidən gündəmə gətirilməsi regionda etimad quruculuğuna əlavə maneələr yaradır. Bu isə Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün aparılan diplomatik səylərlə uzlaşmayan ziddiyyətli yanaşma kimi qiymətləndirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Avropa İttifaqının Mərkəzi Asiyaya və Cənubi Qafqaza yönəlik uzunmüddətli strategiyasının olmaması məsələsi yeni deyil: “Bu ifadəni hələ 1990-cı illərdə elə Avropa İttifaqının öz məmurları və alimləri səsləndirirdilər. Şübhəsiz ki, Aİ-nin regiona dair müəyyən alətləri mövcuddur — TRACECA layihəsi, 1996-cı ildə imzalanıb 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, eləcə də müxtəlif maliyyə mexanizmləri. Lakin bu alətlər müasir reallıqlara uyğun strateji xətt formalaşdırmaq üçün kifayət deyil”.

Deputat qeyd edib ki, regionda son illərdə yaranmış yeni siyasi reallıqlara baxmayaraq, Aİ-nin hələ də aydın, orta və uzunmüddətli hədəfləri müəyyən olunmayıb: “Avropa İttifaqı buna “strateji gündəm” adı versə də, sənədin həm Azərbaycan–Aİ münasibətlərinə, həm də Azərbaycan–Ermənistan sülh gündəliyinə zidd olan məqamlarla dolu olduğu görünür. Burada həm sülh prosesinə maneə yaradan ifadələr, həm də artıq siyasi və hüquqi baxımdan tarixə qovuşmuş elementlərin yenidən gündəmə gətirilməsi müşahidə olunur. Bu isə ümumi etimad quruculuğuna ciddi ziyan vurur. ABŞ regiona etimad quruculuğuna töhfə vermək üçün konkret və maliyyə ilə təmin olunmuş layihə irəli sürüb.Biz bilirik ki, ABŞ Prezidentinin adını daşıyan Trump layihəsi artıq maliyyələşdirilib. Almaniyada fəaliyyət göstərən, xarici işlər nazirliyinin nəzdində yerləşən beyin mərkəzinin hazırladığı sənəddə isə maraqlıdır ki, bu layihəyə toxunulmur. Həmin sənəd “Sülh qovşağı”nı üç istiqamətdə — Azərbaycanın əsas ərazisi, Naxçıvan–Türkiyə xətti və şimal hissə üzrə məhz Azərbaycanın üzərindən keçməklə təqdim edir. Ermənistanın bu istiqamətdə müstəqil infrastruktur imkanlarının olmaması onun yenə də Azərbaycandan asılı olduğunu göstərir”.

Deputat vurğulayıb ki, proseslər fonunda Ermənistan hökuməti həm Rusiya, həm də İranla ziddiyyət yaşasa da, bunu açıq şəkildə etiraf etməkdən çəkinir: “Paşinyan administrasiyası hazırda həm regiondakı geosiyasi dəyişikliklər, həm ABŞ-ın yeni təşəbbüsləri, həm də Avropa İttifaqının qeyri-müəyyən yanaşmaları fonunda balanssız bir siyasət yürüdür. Bu isə Ermənistanı çıxılmaz vəziyyətə salır və sülh gündəliyinə fayda vermir”.

Günel Elxan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri