Bu sürücü “BMW”ni hər gün keçidin üzərində saxlayır Piyadalar boğaza yığılıb FOTO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxtın Parlament prospektində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” səhifəsinə fotoşəkillər göndərib. Fotodan da aydın görünür ki, 77-UC-767 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü maşını piyada keçidinin üzərində park edib. Nəticədə ərazidən keçən piyadalar zebradan istifadə edə bilməyiblər. Şikayətçi sözügedən sürücünün mütəmadi olaraq həmin yerdə saxladığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdən ən çox yaxınlıqdakı 20 nömrəli orta məktəbə gələn şagird və valideynlər əziyyət çəkir.
Görüntüdə “BMW” ilə yanaşı 10-SM-333 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü də qayda pozub. Belə ki, o, “BMW” arxa tərəfində saxlayaraq piyadaların yolu keçməsini mümkünsüz hala gətirib.
Nərmin

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 18 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















